Onlayn ictimai-siyasi qəzet
Dörd nəfər Qazaxıstanın Aktau limanından Bakıya qədər üzüblər. İçlərində yerlilərimiz və xaricilər var idi. Guya bu, hansısa idman tədbiri imiş, ancaq bizi aldatmaq lazım deyil. Hamısı quru sərhədlərinin uzun illərdir bağlı saxlanılmasının nəticəsidir. Yəqin hökumət xalqa mesaj verir ki, kim istəsə üzüb gedə bilər, artıq bu istiqamətdə təcrübə yaranmışdır.
Hərçənd keçən yazımda qeyd elədiyim kimi, dəniz quruyur və ola bilsin həmin rekordçular heç Xəzəri üzərək adlamayıbdır. Eləcə, gəzə-gəzə gəliblər. Qədim əyyamlarda Berinq boğazı tərəfdə dəniz, okean o cür dayaz olub, ulu babalarımızın bir hissəsi Amerikaya köçüb gediblər, qızıldəriliyə çevriliblər. Bizim dərimiz qızıl olmasa da, pula gedir. Lakin hökumət xalqın dərisini soymur, yerin altından qara qızıl çıxarır. Bu şəraitə görə dərin minnətdarlığımızı bildiririk. Soysalar guya nə edəsiydik? Uzağı şeir yazardıq: “Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar, Gər bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz”.
Şeir yazdım, ağlıma gəldi: Elza Seyidcahanın poeziyası bu saat xalqımızın əhval-ruhiyyəsini özündə ən gözəl əks etdirən nümunələrdir. Məsələn, bu yaxınlarda belə əsər yaradıb: “Tüpürüm sizin ağzınıza”. Bu münasibətlə jurnalistlər AYB sədri hörmətli Anar müəllimə telefon açıblar. Anar müəllim deyib ki, birliyimizin üzvü Elza xanımın son əsərlərindən xəbərsizəm, bağdayam, şəhərə qayıdan kimi oxuyub fikrimi bildirəcəyəm.
Yəqin hörmətli Elza xanıma tənqidi münasibət göstəriləcək. Hətta üzvlükdən çıxarıla bilər. Lakin ədəbi azadlığa, yaradıcılıq ehtiraslarına sərhəd, qoruq-qadağa qoymaq olmaz. Guya Elza xanım AYB-nin 2500 üzvündən pis şairdir, istedadsız yazır? Qətiyyən. Əksinə, yuxarıda yazdığım kimi, epoxamızın poetik mənzərəsini ondan yaxşı yaradan yoxdur. Səmimidir, hökumətdən ev, evin remontu üçün unitaz, təqaüd, xalq şairi adı-zad istəmir ki? Elə şairlərimiz vardır, qəbirdən-tabutdan, ölməkdən-zaddan qırıldadıb hökumətdən azı 2 dəfə ev alıblar. (Rəhmətlik Arif Quliyev sanki bunun haqqında deyib: “Kvartalın axırıdır, nə ölmək-ölmək salmısan!”)
Elza Seyidcahan öz ekstravaqant saçları, geyimləri arxasına çəkilib ordan üsyan püskürür. Gah “Ağzınızı tikəcəyəm” deyir, gah “Ağzınıza tüpürüm”. Bu, inqilabi hadisələrdir. Vaxt gələcək, yüz illər keçəcək, Anarı, Rəşad Məcidi, Çingiz Abdullayevi-filanı heç kim xatırlamayacaq, ədəbiyyat tarixçiləri öz monoqrafiyalarında bəlkə belə xırda cümlə verərlər: “Bunlar da Elza Seyidcahan dövründə kiçik ədəbiyyat məmurları olmuşdur”.
Seyidcahanın əsərlərində Artur Rembo, Şarl Bodler, Pol Eluar, Daniil Xarms, Velimir Xlebnikov poeziyasının izlərini görürəm. Ümid edirəm təzyiqlərə dözər, yaradıcılığında daha yeni zirvələr fəth edər. İndiki dövrdə güldən-bülbüldən şeir yazmaq riyakarlıqdır. Məhz “Tüpürüm ağzınıza” yazılmalıdır.
Dəniz temasına qayıdaq. Xəzərin quruması, Vüsal Bağırlının məktubunda haqlı qeyd etdiyi kimi, ortaq türk dünyası yaranması üçün da əhəmiyyətlidir. Xəzər dayazlaşsa, Türkmənistana birbaşa yolumuz açılar.
Prinsipcə, hazırda buna filoloji əsaslar yaradılır. Son günlərdə bir əlifba gördüm, deyirlər bu, ortaq türk əlifbası olacaqdır. Kim düzəldib, harda qərar veriblər - hələlik bilinmir. Hər bir halda, xeyirli-uğurlu olsun. Ancaq bu əlifbada kim yazacaq, kim oxuyacaq, bir-birini anlayacaqlarmı... Hazırda heç Azərbaycan əlifbasında yazılanları anlaya bilmirik. Telefonumuza sosial şəbəkələrdən gələn mesajlar təxminən bu şəkildə olur: “Dört il insdut oxi, axtdada gə afsand iştə”. Bakı şəhərində az qala bütün dükan, restoran, obyekt adları ingiliscə, ərəbcə, nə bilim, hansısa yəcuc-məcuc və moltanı dillərindədir. Camaat millətimizdən, ana dilindən-zaddan dəm vurub kütləvi şəkildə uşaqlarını rus sektoruna basır.
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ