İnsanlara hürriyət, millətlərə istiqlal!

Durova dur deməliydik

“Teleqram” sosial şəbəkəsinin qurucusu və yiyəsi, rusiyalı Pavel Durov Azərbaycana səfər etmişdi. Həmin səfərin məqsədi, məramı zəhmətkeşlərimizə, o cümlədən dünya ictimaiyyətinə axıracan sirr qaldı. Ancaq şübhəsiz, Durov ölkəmizin turizm imkanlarından istifadə etmək fikrində idi. Elə burada olduğu günlərdə hansısa dağ-meşə yolunda idman avtomobili sürməsinin videosunu yaydı. Durovun müəyyən dərəcədə guşənişin, özünü çox az reklam edən adam olmasını nəzərə alsaq (hərçənd, son aylar dünyaya açılmağa başlamışdı, günaşırı intervü-zad verirdi, bunun zibilinə düşdüyünü güman edirəm) Azərbaycandan video paylaşması yaxşı hal idi. Bəlkə bir az qalsa stəkanı 32 manat olan çayımızdan da içərdi.

Ya da ola bilsin Adəm və başqa uşaqların Tik-tokdakı uğurlarının sorağını almış, Teleqramın Azərbaycanda inkişafı üçün gəlmişdi, hətta məndəki etibarlı informasiyaya görə son günlər xalqın internetdən şikayəti (“işlətməsək də cərimə yazırlar, sürəti qaldırıb ödənişi artırıblar, monopoliyadır, uşaq pulu istəyirik” və sairə) Durovun Aztelekoma investisiya qoymaq istəkləriylə bağlıymış.

Ancaq bütün bunlar artıq keçmişdə qalıbdır. Durov Bakıdan Parisə uçub və orada fransız polisi onu türməyə basıbdır. Hazırda dünya mediasının manşet xəbəri bu hadisədir. Ayrı cür ola bilməzdi, çünki tutulan adam hansısa Soğanverdilər kənd poçtunun xalqın məktublarını qanunsuz açıb oxuduğu üçün məsuliyyətə cəlb edilən – məsəl üçün - müdiri deyil. 2024-cü ilin məlumatlarına görə Teleqram-ın bazar dəyəri 30 milyard dollara, aktiv aylıq istifadəçi sayı isə 900 milyon nəfərə çatıb.

Təbii ki, Durovun başına gələnlər ilk növbədə Fransa və Azərbaycanda insan hüquqlarının vəziyyətinin bariz nümunəsidir. Sən istəsən Bakıda qalıb mətbuat və söz azadlığından, o cümlədən informasiya təhlükəsizliyi üçün yaradılan şəraitdən həzz ala bilərdin. Durov gələn il 22 iyulacan vətənimizi tərk etməsəydi Mətbuat Şurasının sədri, hörmətli Rəşad müəllim ona “Qızıl qələm” mükafatı verərdi. İnformasiya təhlükəsizliyinə dövlət qayğısının nəticəsində bu yay tələbə qəbulunda ən yüksək keçid balı məhz “informasiya təhlükəsizliyi” ixtisasında olmuşdur! Yaddaşım məni aldatmırsa, 680 bal! Təsəvvür elə, ora girmək üçün necə qırğın-qiyamət olubdur.

Həmçinin, dövlət idarələri Vatsapda, Feysbukda, Yutubda dələduzluq edənlərlə kəskin mübarizə aparır. Əgər kimsə səni aldadıb bank hesablarını ələ keçirsə, pensiyanı sümürsə hökumət həmin zərərçəkənə uşaq pulu verir, ünvanlı vatsap mesajları ilə əhatə edir, yutubdakı videolarını layklayırlar. Bu gün dünyada informasiya və təhlükəsizlik sözlərinin qoşa qanad kimi pərvazlandığı, yanaşı yazıldığı ən etibarlı yer varsa, o elə Azərbaycandır!

Bəs sənin niyə ağlın yoxdur, belə yerdən Parisə uçursan? Niyə soyadını doğruldursan? (Pavel müəllimin soyadı, pis çıxmasın, rus dilində “sarsaq, səfeh” anlamlarını ifadə edir). Nə üçün özünü “İvan Duraçok” kimi aparırsan, Qabil müəllimin sözü olmasın, axı sən Pavelsən!

Təəssüf ki, Durova Bakıda dur deyən olmayıb. İndi onu Qərbin türməsindən buraxdırmaq çox çətin olacaqdır, ötən günlərdə belə şeylərin örnəklərini görmüşük. Yetim Assanc neçə il qapılarda süründü, yalnız bu il onun azadlığına nail ola bildik.

Gəlin Durovun azadlığı üçün kampaniyaya qoşulaq, Makrona teleqram vuraq. “Durovun hüquqlarını müdafiə komitəsi” yaradıb Cəmil müəllimi ora sədr də seçmək lazımdır. Hətta zəruridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024