İnsanlara hürriyət, millətlərə istiqlal!

Basbayır sənədləri

Yaxud ekran çıxarışı olmayan film

Bu yaxınlarda aliment probleminin ölkəmizdə nə qədər ciddi olmasından yazmışdıq. Təzəlikcə Türkiyədən gələn mədəniyyət xəbəri sanki sözlərimizi təsdiqlədi: rejissor Elvin Adıgözəlin çəkdiyi qısametrajlı “Bağışla məni bu gecə” filmi Sivasda keçirilən kino festivalında ən yaxşı film mükafatını almışdır və film məhz aliment mövzusunda imiş. Filmin qəhrəmanı aliment pulunu ödəməmək üçün arvadı ilə barışmaq istəyirmiş. Görək haçan ekranlara çıxır, baxarıq. 

Hərçənd ola bilər heç çıxmasın, çünki bizdə Azərbaycan filmlərinin göstərilməsi ciddi problemdir. Elə bu yaxında Mədəniyyət Nazirliyi Elvin Adıgözəlin başqa bir əsərinin - tammetrajlı “Biləsuvar” filminin hansısa kinoteatrda göstərilməsinə icazə verməmişdi. Dəstək olmaq yerinə, mane olurlar. Sözgəlişi, hələ 2020-ci ildə çəkilən bu gözəl film (şəxsən premyerasını izlədiyim üçün yazıram) indiyəcən geniş ekranlara çıxmayıb. Çoxlu festivallarda iştirak edib, ancaq azərbaycanlı tamaşaçılar baxmayıb. Görəsən niyə? Nə özləri (dövlət) çəkir, nə başqalarının çəkdiyini göstərməyə qoyurlar. 

Hətta bu cızmaqaramın nə qədər mənasız, xeyirsiz olduğunu anlayaraq istəyirəm burada daha dəruni bir sual qoyum: “Görəsən, dünyaya nöş gəlir insan?” 

İndi söz əlaqədar təşkilatlarındır, məsələn, Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin. Çünki xalqın aliment ödəmək  tipli ailə vəziyyətlərinə də bu idarənin nəzarət etməsi ehtimalımız vardır. Lakin mümkün deyil. Niyə? Çünki təzə fərman çıxıb, xidmət ləğv olunmuşdur. Onun səlahiyyətlərini fırlatmaq isə elə Ədliyyə Nazirliyimizin özünə tapşırılmışdır. Prinsipcə, haqlı qərardır. Nazirliyin içində bir də əlavə dövlət xidməti yaratmaq nə anlam ifadə edirdi ki? Məsələn, bizdə Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi yaradılana qədər daha çox kino çəkilirdi. İdarələr çoxaldıqca məhsul azalır. Bu, bazar iqtisadiyyatının qanunudur. 

Ola bilsin bəzi vətəndaşlarımız tərəddüdə qapılsın, “bəs kupçanı haradan alacağıq” fikirləşsin. Oranın adı buna oxşasa da başqa idarədir. Həmin yer Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Onun adı qabaqlar bir az başqa idi: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti. (Qəsdən əlavə elədim ki, oxucular ümumiyyətlə heç zad qanmasın. Çünki mən bu yazını yazımın yanına yazı kimi yazmaq qərarına gəlmişəm. Elə olanda bazburutlu alınır). 

İnsanlar kimi dövlətlər də dillərinin arxasında gizlənir. Dilini göstər, deyim sən kimsən. Burada mövzuya tam uyğun bir detala diqqətinizi çəkmək istəyirəm, çoxdan fürsət gəzirdim, indi tam yerinə düşdü. Bizdə kimsə ev, torpaq alanda dövlət ona mülk kağızı verməlidir. Sovet dağılana yaxın buna rusca “kupça” deyirdilər (sovetin özündə şəxsi, özəl mülkiyyət ümumiyyətlə yox idi). İndi isə camaat ev-zad alır, dövlət onlara normal sənəd vermək yerinə “çıxarış” verir. Çıxarış nədir? Bu axmaq termini ilk dəfə kim fikirləşib? Nəsimi adına Dilçilik İnstitutu hara baxır? AYB utanmıxdan niyə ölmür? 

Guya sənədin orijinalı dövlətin arxivində qalır, sən də bunun surətini alırsan. Ona görə adına “çıxarış” deyilir. Təbii ki, boş arqumentdir. Adamın öz əmlakına hüququnu təsdiq edən sənəd elə orijinal olmalıdır. Surəti, lazım gəlsə, dövlət idarələrində qalsın. Lakin şanlı hökumətimiz bu mülk kağızına “çıxarış” adı qoymaqla xalqın alt şüurunda “bu ev-zad onsuz sənə məxsus deyil, haçan istəsəm səni qanunsuz şəkildə bayıra ataram, çıxararam” təəssüratı oyatmaq istəyir. 

Camaat filan qədər pul xərcləyir, mülk alır, verilən sənədin adına bax... Çıxarış... Elə ondansa daha konkret “basbayır” qoymaq olmazmı?



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024