İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropalıların Turandot – türk qızı adlandırdıqları Xutulun haqda SENSASİON YAZI

Çingiz xanın nəticəsi Xutulun kim idi?!

Xutulun Monqol İmperiyası dövründə yaşamış monqol-türk zadəgan qadın idi. Onun şöhrəti o qədər idi ki, Elxanilər dövlətinin böyük dövlət xadimi Rəşidəddin və məşhur Venesiya səyahətçisi Marko Polo ondan xüsusilə bəhs edirdilər. Marko Polo qeyd edir ki ki, onu Ayyoruq, yəni Ay kimi parıldayan qız kimi də adlandırırdılar.

Xutulunun 1260-cı ildə anadan olduğu güman edilir. Onun atası Ögedey xanın nəvəsi və Xubilay xanın əmisi oğlu Kaidu idi. Yuan sülaləsini quran və çin xalqının həyat tərzini mənimsəyən Xubilay xandan fərqli olaraq, Kaidu atalarının köçəri həyat tərzini qoruyub saxlamağı seçmişdi. 1280-ci ilə qədər Kaidu Monqol İmperiyasının ən güclü xanlarından biri idi.

XUTU YENİ.jpeg (122 KB)

Bu vaxta qədər artıq parçalanmış və Xubilay xanın sahib olduğu "Böyük Xan" titulu sadəcə nominal titul idi. Müxtəlif monqol xanları imperiyanın sərhədlərini genişləndirmək əvəzinə indi bir-biri ilə müharibə aparırdılar. Kaidu Xubilay xana və onun müttəfiqlərinə qarşı çıxırdı. Məhz bu şəraitdə Xutulun doğuldu.

Xutulun əsl döyüşçü idi...

Böyük Çöldə sağ qalmaq çətin idi. Ona görə də döyüşmək bir bacarıq yox, məcburiyyət idi. Köçəri monqollar həm oğlanlara, həm də qızlara yay və ox atmağı öyrədirdilər. Monqol qadınları, kişilər kimi at sürməyi bacarır, ox-yaydan istifadəni yaxşı bilirdilər. Qadınlar silahlı döyüşlərdə əlbəyaxa döyüşdən daha yaxşı idilər. Monqol qızları uşaqlıqdan oxatma ilə məşğul olurdular. Bu onlara ucsuz –bucaqsız çöllərdə həyatda qalmaları üçün ən vacib şərt idi. Bütün bunlar uşaqlara mal-qaralarını otararkən mallarını kənar hücumlardan qorumağa kömək edirdi. Oğlanlar əsasən dəvə və at kimi iri heyvanlara, qızlar isə qoyun və keçi kimi xırda heyvanlara baxırdılar. Lakin qızların daha çox müdafiəyə ehtiyacı var idi, çünki canavar böyük heyvanlardan daha çox kiçik heyvanlara hücum edirdi. Üstəlik düşmən qəbiləsinin hücumu hər an baş verə bilərdi...

Xutulunda döyüşçü ruhunu hiss edən atası onu 14 qardaşı kimi köçəri həyat tərzində bir kişi kimi böyütdü . Onun məşqinə güləş, at sürmə və oxatma daxil idi. Xutulun böyüdükcə bu idman növlərində hamıdan fərqlənirdi. O, böyük fiziki gücə malik idi. Monqol gözəli mahir atlı idi, kamanı dəqiq atır, sərkərdə kimi istedad nümayiş etdirirdi.

Xutulun haqqında məlumat mənbələrindən birini də Marko Polonun yazılarından oxuyuruq.

XUTUL .png (788 KB)

Venesiyalı səyyah Xutulunun gözəl və o qədər də qüvvətli olduğunu, eyni zamanda Xutulunun döyüşdə göstərdiyi şücaətdə atasının ordusunda heç kimdən geri qalmadığını yazırdı. "O, gözəl quruluşlu, hündür və sıx idi, demək olar ki, nəhəng idi" - İtalyan səyyah Marko Polo Xutulun haqqında deyirdi. Fars salnaməçisi Rəşid əd-Din bununla razılaşaraq yazırdı ki, o, “tez-tez hərbi yürüşlərdə iştirak edir və qəhrəmanlıqlar göstərirdi”.

Onu heç kəs məğlub edə bilmir!

Atasının etbarlı köməkçisi olmağına baxmayaraq Kaidu qızına ərə getmək üçün təkid edir. Lakin Xutulun şərt qoyur: kim onu məğlub edərsə onunla da evlənəcək.

Kaidu qızının istəyi ilə razılaşdı və onun istədiyi kişi ilə evlənməsinə icazə verdi. Xutulun elan etdi ki, hər bir kişi ona güləşdə meydan oxuya bilər. Əgər kişi onu məğlub etsəydi, onun arvadı olardı, əgər kişi ona uduzsa, 100 at verməlidir.

Xutulun imperiyanın ən qüdrətli adamlarından birinin qızı olduğu üçün bir çox kişi öz şanslarını sınamağa tələsdi. Beləliklə, çox çəkmədi ki, namizədlər Kaidunun sarayına gəldilər. Lakin heç biri Xutulunu məğlub edə bilmədi. Yazılır ki, məğlub edilənlərdən 10000-dən çox at onun ilxısına qatılır. Nəhayət, Kaidunun dərhal bəyəndiyi gənc bir şahzadə gəldi. Xutuluna atası qəsdən şahzadəyə uduzmağı xahiş etdi, o isə, bundan imtina etdi. Güləş şahzadənin məğlubiyyəti, Kaidunun məyusluğu ilə nəticələnir.

NETİCE .png (161 KB)

Xutulun özü həyat yoldaşını seçir, həm də heç vuruşmadan

O dövrün mənbələri bildirir ki, Xutulun Elxanilər dövlətinin hökmdarı Qazan xana aşıq olmuş, göndərdiyi xəbərlərdə ondan başqa heç kimə ərə getməyəcəyini bildirir.Qazan xan onun təklifini rədd edir. Sonda Kaidu onu Kurlas qəbiləsindən olan Atakulla evləndirdi. Eyni zamanda Rəşid əd-Din qeyd edir ki, Xutulun özü onu əri seçdi , həm də heç yarışa girmədən. Atakuldan onun iki oğlu olur.

Atasının ölümündən sonra Xutulun onu qəbrini qorumağa başlayır. Beş il sonra Xutulun naməlum şəraitdə, qırx altı yaşında vəfat edir.

Xutulun niyə bu qədər məşhurdur?!

Onun sonrakı həyatı çox da məlum olmasa da bu gün Xutulunun hekayəsi ayrı ayrı şəxsləri , xüsusən də qadınları öz unikal qabiliyyətlərini mənimsəməyə və cəmiyyətin qoyduğu məhdudiyyətlərdən xilas olmağa ruhlandırmağa davam edir. Onun irsi xatırladır ki, qadın olmaq onun arzularının dalınca getməyinə , zirvəyə çatmasına və tarixdə qalmasına mane olmur.

Türk Qızı Ayyuruq güc simvolu kimi olaraq qalır qalır və onun qeyri-adi həyatı gələcək nəsillər üçün ilham mənbəyi olmağa davam edir.

XVIII əsrdən başlayaraq Xutulun məşhur şahzadə Turandot –Türk qızının prototipinə çevrildi. Onun haqqında avropalılar əsərlər yazdılar, opera bəstələdilər.

Bəs biz, bu hekayəni niyə tədqiq etməliyik?

Üzü qədimlərdən Azərbaycan türk folkloru məğlubedilməz qadın döyüşçülər ilə doludur. Bu ad bizə həm də Ərəbzəngi obrazını xatırlatmırmı?!

Müəllif: Tarix üzrə fəlsəfə doktoru Günay Hüseyn Əsgərli

Məqalə Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadın təşəbbüsləri: tarixi irs” adlı layihə çərçivəsində dərc olunub.

Qeyd: Məqalədəki fikirlərə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

18 Iyul 2024

12 Iyul 2024

24 Iyun 2024

18 Iyun 2024

15 Iyun 2024

23 Avqust 2023

05 Avqust 2023

25 Iyul 2023

15 Iyul 2023

25 Iyun 2023

19 Iyun 2023

12 Iyun 2023

09 Iyun 2023

02 Iyun 2023

27 May 2023

17 May 2023

05 May 2023