Общественно-политическая интернет газета
BMT Təhlükəsizlik Şurasının 17 avqust tarixli iclası yəqin ki, uzun müddət hayların yadından çıxmayacaq. Erməni lobbisinin bunca canfəşanlığına, satılmış Qərb mediasının günlərlə apardığı həyasız anti-Azərbaycan kampaniyasına rəğmən, İrəvan minimal hədəfinə belə çatmadı. Nəinki çatmadı, Ermənistanın “ağzından” vuruldu. Bir-iki “xaric oxuyan” dövlət istisna olmaqla, Azərbaycanın mövqeyi anlaşıqla qarşılandı, məntiqli və mötəbər sayıldı.
“Haqq nazilər, üzülməz”, “İstənilən düz əyrini kəsər” zərb-məsəlləri boşuna yaranmayıb ki. Fəqət, müasir qarışıq dünyada “haqqın üzülməməsi”, “düzün əyrini kəsməsi” üçün gərəkdir ki, öncəliklə hərbi-iqtisadi cəhətcə güclü və dişli dövlət olasan, hərəkət edəsən, gecə-gündüz təbliğati və əks-təbliğati işləri görəsən. Bax, onda nəticəyə ümid bəsləyə bilərsən...
Məhz çalışqanlığın nəticəsi idi ki, bəlli oldu ki, erməni yalanları heç də həmişə ayaq tutmur. Yaxud ayaq tutsa da həmişə yeriyə, qaça bilmir. Lobbinin imkanları da mifdən savayı bir şey deyil, əgər Azərbaycan yorulmadan yetərli və səmərəli informasiya fəaliyyəti aparıb effektiv diplomatik həmlələr eləsə. Necə ki, 44 günlük Vətən müharibəsində işğalçının anasını ağlatdıq, onun “məğlubedilməz ordu” mifini darmadağın elədik, bu ordunun faktiki fərarilərdən ibarət olduğunu bütün dünyaya göstərdik.
Ancaq ermənilərin BMT fiaskosu bizə arxayınlaşmaq üçün zərrəcə əsas vermir. Nə qədər ki, Qarabağda 11 minlik silahlı quldur qalır, nə qədər ki, Ağdam-Xankəndi yolu açılmayıb, papağımızı göyə atmağa hələ var. Eyforiya zamanı deyil. Zira, qarşımızda son dərəcə xəbis, məkrli, mənfur və hiyləgər bir toplum. Havadarları da nə qədər istəyirsən.
Hətta sülh müqaviləsi imzalansa, Ağdam-Xankəndi yolundan beton plitələr götürülsə, kommunikasiyaların hamısı açılsa belə, bu, ermənilərin artıq bizimlə barışması, öz xislətlərini dəyişməsi anlamına gəlməz. Erməninin bizimlə yox, mövcud reallıqla barışması anlamını verər.
Odur ki, hay məxluqatının içində türk soyuna kin-küdurətin tezliklə yoxa çıxacağını xəyal eləməyin! Bundan ötrü onlarda azı, iki nəsil dəyişməlidir. Həm də bir şərtlə ki, təzə nəsil “miatsum”, “Böyük Ermənistan”, “vəhşi Türk” tərbiyəsi ilə böyüməsin.
Ona kimi isə üzümüzə gülsələr, ayaqqabımızı silsələr belə, qoltuqlarında daim daş gəzdirəcəklər. Arxadan vurmağa fürsət axtaracaqlar. Unutmayaq, qılıncımızı da heç vaxt qınına qoymayaq! Necə ki, erməni 70 il gözlədi və SSRİ dağılan kimi zərbəni vurdu. Əfsus ki, haylar gözləməyi bizdən yaxşı bacarır. Eyni zamanda, kinli toplum olaraq, heç nəyi yaddan çıxarmır - unutqan bizlərdən fərqli olaraq. Biz isə onları bağışlasaq da, pisliklərini, vəhşiliklərini unuda bilmərik. Tarixi unudan onu təkrar yaşayır...
Diqqət edin, erməni mediası günü bu gün də Azərbaycanın tarixi toponimlərini, beynəlxalq səviyyədə tanınmış ərazilərini eybəcər adlarla adlandırır – Ağdama “Akna”, Kəlbəcərə “Karvaçar”, Şuşaya "Şuşi". Laçın şəhərinə “Berdzor”, Laçın rayonuna “Kaşataq”, Füzuliyə "Varanda", Xocalıya “İvanyan” və s. deyir və yazırlar. Eləcə də digər bölgələrimiz.
Bunu onlara tərgitdirməliyik. Çünki “artsax” da daxil, sadalanan adların şüuraltı yaşadılması böyüyən ermənilərə hesablanıb ki, Azərbaycana ərazi iddiası valideyndən övlada, övladdan da nəvəyə ötürülsün (Sadəcə, bir nonsens var: əgər bu erməni torpaqlarıdırsa, nədən işğal edilmiş ərazilərdə daşı daş üstdə saxlamadılar?!)
Hələ biz Ermənistanın hazırkı konstitusiyasını demirik. Bu konstitusiyaya görə, kapitulyant ölkənin ərazisi 29.7 yox, 34.1 min kv km-dir – 4.4 min kv km-lik keçmiş DQMV-lə birgə! Deməli, konstitusiyanı da təzədən yazmalı olacaqlar.
Yoxsa ki, Yunanıstan da Türkiyə ilə sülh müqaviləsi imzalayıb, iki ölkə arasında on illərdir diplomatik əlaqələr var, hətta NATO-da təmsil olunublar. Yəni guya hərbi müttəfiqdirlər. Gəl ki, qardaş dövlətin ayağının altını ən çox qazıyan, ona ərazi iddiası olan iki dövlətdən biridir Yunanıstan.
Digəri - Ermənistan ondan da betər. Çünki üstəlik, terrorçu bir dövlət. Terrorizmin dövlət səviyyəsində təbliğ və təşviq edildiyi, terrorçu-qatillərə, Türk qanına susamış faşistlərə saysız-hesabsız abidə-komplekslər ucaldıb onları ziyarətgahlara çevrən nadir, bəlkə də yeganə BMT üzvü.
O səbəbə biz qardaş ölkədən daha ayıq-sayıq olmalı, terrorizmə qarşı böyük təcrübəsi olan dövlət kimi onunla sinxron hərəkət eləməliyik. Ola bilsin, ermənidən bizə yenə nə vaxtsa “kirvə” çıxsın, amma qohum, dost, müttəfiq... – heç vaxt!
КомментарииОставить комментарий