Общественно-политическая интернет газета
Nihilist olmaq o qədər də düzgün seçim deyil. Ona görə də bu prizmadana yanaşanda gərək etiraf edəsən ki, bir çox Şərq xalqları məhz Rusiyanın sayəsində Avropaya və Avropa mədəniyyətinə qovuşdular və Avropanı özləri üçün kəşf etdilər.
Amma bununla belə, Rusiyanın xüsusi missiyası haqqında danışmaq bir qədər yersizdir, çünki bütün bunlar gec-tez olmalı idi, baxmayaraq ki, Rusiya mütəfəkkirləri bunun əksini iddia etməyi sevirlər: guya ki, Rusiya olmasaydı heç vaxt elmin və mədəniyyətin işğı bir çox xalqların üzərinə düşməyəcəkdi...
Nəyə görə bu detalın üstündə dayandıq? Hazırda Cənubi Qafqazda çox mürəkkəb geosiyasi proseslər gedir. Birincisi, erməni baş naziri Nikol Paşinyan təkcə sözdə anti-Rusiya siyasəti aparmır, yalnız MDB-nin və KTMT-nın tədbirlərini boykot etmir, həm də aşkar şəkildə öz ölkəsində Qərbin hərbi-siyasi iştirakının güclənməsinə çalışır.
İkincisi, Qərb, o cümlədən də Fransa da bir yerdə dayanmır, Parisin Ermənistandakı mövcudluğu artıq real məzmun və çalarlar alır və bu proses heç də hansısa fantastik əsərlərin predmeti deyil. Belə təəssürat yaranır ki, Fransa bir imperiya kimi getdikcə Cənubi Qafqaza, Ermənistana üz tutur.
Bir çox analitiklərin fikrincə, üç Afrika dövləti öz ərazisindən Fransa qoşunlarının çıxarılmasını tələb edəndən sonra Fransanın Ermənistana yönəlik geosiyasi can atımı tamam real məzmun kəsb etməyə başlayıb.
Amma burada Rusiya faktoru da var. Məsələ bundadır ki, İrəvan hələ də MDB-nin və KTMT-nin üzvüdür, baxmayaraq ki, zaman keçdikcə erməni siyasətçilər bu siyasi istiqamətlərdəki səylərini azaldırlar.
Məsələ bundadır ki, Ermənistanı Rusiya ilə daha çox keçmiş Dağlıq Qarabağ problemi bağlayırdı. İndi bu problem aradan qalxandan sonra, İrəvanı Rusiya ilə bağlayan tellər azalmağa başlayıb və hazırda İrəvanı Rusiya orbitində demək olar ki, heç nə saxlamır.
Moskvada hələ də ümid edirlər ki, iki ölkənin münasibətlərindəki soyuqluq Paşinyanın apardığı siyasətin nəticəsidir. Amma həqiqətən də belədirmi? Düşünmürük! Axı erməni cəmiyyətinin əksəriyyəti hələ də Paşinyanı dəstəkləyir! Bunu sonuncu munisipal seçkilər də göstərdi-düzdür, erməni baş nazirinin və tərəfdarlarının reytinqində azalmalar var, amma onlar hələ də siyasi lider olaraq qalırlar...
Burada daha bir məqam da var. Qərbin təsirlərinin Ermənistanda güclənməsi Bakını narahat etməlidirmi? Əvvəlcə qeyd edək ki, bu tamam real prosesdir. Fransa güclü imperiya təcrübəsi olan ölkədir. O, təkcə hərbi planda Avropanın ən güclü dövlətlərindən biru deyil, həm də Böyük Britanityadan sonra ən böyük keçmiş imperiyadır. Amma biz bundan heç də narahat olmamalıyıq, çünki ortada Rusiya faktoru var və bu məqam daha çox Moskvanı narahat etməlidir.
Əlbəttə ki, Qərbə qarşı ikinci cəbhə açmaq elə də asan məsələ deyil. Amma bu günlərdə başlayan HƏMAS-İsrail müharibəsi Rusiyanın işini bir qədər asanlaşdırır, çünki Qərb iki istiqamətdə müharibə aparmalı olacaq, bu isə elə də asan bir perspektiv deyil.
Bundan başqa, Moskvanın İrəvana real təsir imkanları var. Bugünlərdə bəyan edildi ki, Kreml Ermənistana göndərilən qazın qiymətini qaldırıb, yəni Moskva öz müttəfiqinə qarşı qaz müharibəsinə başlayır...
Bir daha qeyd edirik ki, Qərblə Ermənistanın yaxınlaşması bizi narahat etməməlidir. İrəvanla Moskvanın münasibətlərinin soyuması bizim maraqlarımıza cavab verir. Hazırda Bakı ilə Moskvanın münasibətləri ən yüksək səviyyədədir. Moskva bu yaxınlarda yəqin ki, öz sülhməramlılarını da bizim ərazimizdən çıxaracaq. Belə ki, Rusiya XİN-in sözçüsü M.Zaxarova bugünlərdə bildirdi ki, Bakının antiterror əməliyyatlarından sonra bölgədə vəziyyət tamam dəyişib və Kreml bunu özünün sülhpərvər missiyasında da nəzərə almalıdır...
КомментарииОставить комментарий