Общественно-политическая интернет газета
Ermənistan baş naziri Nikol Paşinyan Münhenə yeni imicdə - kepka ilə gedib. Bu məqama diqqət cəlb edən rusiyalı tanınmış analitik İqor Korotçenko Paşinyanın imicmeykerlərini, hətta arvadı Annanı qınayıb.
Korotçenkonun kinayəli sitatı: “Ermənistanın baş nazirinin imicinə kim cavabdehdir? Protokol harda qaldı? Bura Avropa, Münhendir. Qərbin aparıcı siyasətçiləridir. Paşinyan isə İcevanın kolxoz bazarındakı ərik satıcısı kimi geyinib. Axı insanı geyiminə görə qarşılayırlar. Nikol Vovayeviçin yaxşı zövqü olan arvadı var. Bəlkə heç olmasa ona kepka taxmağa ehtiyac olmadığını o söyləyəcək”.
Əlbəttə, önəmli, dəyərli olan papaq deyil, onun üstündə durduğu başdır. Yaxşı bir deyim var: “Adamı geyiminə görə qarşılayıb ağlına görə yola salarlar”...
İndi Paşinyan da. Münxenə ayaq basar-basmaz, yenə kimə gəldi Azərbaycandan şikayətlənməyə, hamının zəhləsini tökməyə başladı. Erməni soyuna xas “timsah göz yaşları” axıtdı. O sırada zərrəcə utanıb eləmədən sərhəddə az öncə cavab tədbiri nəticəsində gəbərdilən 4 silahlı quldura – “Yerkrapa”çıya görə Bakını ittiham etdi.
Sən demə, onlar qanuni hərbçilərmiş. Halbuki məhv edilənlər kifayət qədər yaşlı-muzdlulardır və birinin hətta 65 yaşı olub. Silahlı təqaüdçülərin sərhəddə nə ölümü?..
Daha sonra Nikol Münxendə Bakını heç bir dəlil-sübut olmadan genişmiqyaslı müharibəyə hazırlaşmaqda suçladı. Adam Qərbin sifarişi ilə tutuquşu kimi eyni absurdu təkrarlamaqdan yorulmaq bilmir. Axı daha bir müharibə Azərbaycanın nəyinə gərək? Bəlkə əksinədir? Yəni savaş ritorikası ilə müharibə hazırlığını maskalayan elə Ermənistanın özüdür.
Məntiq də bunu pıçıldayır. Hər halda son illərdə Hindistandan, Fransa və Rusiyadan hücum silahları alıb da sürətlə silahlanan, hərbi büdcəsini rekord həddə çatdıran, milyardlarla dollar dəyərində hərbi müqavilələr imzalayan kapitulyant ölkədir. Fəqət, bu səylər fiaskoya məhkumdur. Niyə?
Birinci ona görə ki, Azərbaycan da yerində saymır, öz işini görür, adekvat addımlarını atır. Nədən ki, qonşuluqda nə dərəcə xəbis, məkrli, hiyləgər, yalançı və saxtakar birinin olduğunun fərqindədir. Silahlanma yarışında İrəvan Bakı ilə ayaqlaşmaq gücündə deyil. 150-liliyə daxil olan sınıq-salxaq ordu 50-liyə daxil olan modern ordunu yenə bilməz. Boşuna pul-para tökməyin, onu kasıb əhalinizin ehtiyacına yönəldin.
İkincisi, təcrid durumundan çıxa bilməyən, dünya okeanına çıxışdan məhrum Ermənistanın daha bir bahalı müharibə aparmaq üçün yetərli insani və iqtisadi-maliyyə potensialı, həmçinin uğurlu logistikası yoxdur. Möcüzə isə gözlənilmir.
Üçüncüsü, “fors-major” vəziyyətdə nə Qərb, nə də Rusiya Ermənistana hərbi kömək göstərməyəcək. Son sərhəd insidentinə Rusiya və Qərbin susqun, ən yaxşı halda balanslı reaksiyası buna sübutdur.
Odur ki, nəticəni yenə Paşinyan komandası çıxarsın. Yoxsa növbəti səhvlər hərb meydanında Ermənistanı təzədən Azərbaycanla təkbətək qoyacaq – bu dəfə qat-qat ağır sonuclarla. Özünə, öz resurslarına güvənsin. Hansı resurslar ki, müharibəni birmənalı istisna edir...
Ermənistan üçün Azərbaycanla təkbətək qalacaq yeganə uğurlu məkan, yer - danışıqlar masasıdır. Yalnız birbaşa danışıqlar və onun gətirəcəyi ədalətli sülh sazişi qonşu xalqa uzunmüddətli təhlükəsizlik zəmanəti verə bilər. Yerdə qalanlar xülya və artıq zaman itkisidir.
Başına nə qoymasından asılı olmayaraq, Paşinyan daxil, irili-xırdalı, gizli-aşkar bütün erməni revanşistlər bunu qulağında sırğa eləsə, yaxşı olar. “Qafqaz qaraçıları” üçün papaqdan, kepkadan qat-qat vacibi də budur – sırğa məsələsi...
КомментарииОставить комментарий