Свобода людям, независимость нациям!

Kremlin üzünə vurulan şillə, Ağ Evin üzünə açılan qapı - "Ayı" İrəvanı "Qartal"a uduzur

 

Uniston Çörçillin amerikalılar haqqında yarızarafat-yarıgerçək dediyi bir kəlam var, belədir: “Amerikalılar həmişə ən doğru həll yolunu tapırlar, amma bütün yolları sınayandan sonra”.

Eyni sözü ruslar haqqında da demək olar (yəqin ki, başqaları barədə də).

Son günlər Rusiya isteblişmentində Ermənistanın hazırkı siyasi kursuna münasibət göstərir ki, bu dövləti idarə edənlər uzun illərdən sonra, nəhayət, əmin olublar ki, erməni siyasilərin bitib-tükənməyən şantajına boyun əyməmək, onların nazıyla sona qədər oynamamaq ən doğru yoldur.

Fəqət rus dövlətçiliyinin təbliğat-təşviqat, ideoloji hazırlıq işlərinə məsul olanların içində neqativ oxları sırf baş nazir Nikol Paşinyana və onun komandasına yönəldənlər var. Bu qrupun başında RTR-in baş direktoru Marqarita Simonyan durur.

Hələ uzun illər öncədən Paşinyana şəxsi nifrət hissilə yanaşan bu qadın özünü “Rusiyada doğulmuş, heç vaxt Ermənistan vətəndaşı olmayacaq rus jurnalisti” adlandırsa da və bir neçə gün öncə Ermənistan-Azərbaycan münaqişəsinə şərh verməsinin tutduğu vəzifə üzündən etik olmayacağını bildirsə də, Paşinyana nifrətinin qaynağı barədə danışarkən deyir ki, ona əsasən iki şeyə görə hiddətlidir: 1. Putini, Rusiyanı aldatmağa cəhd etdiyinə görə; 2. “Erməni genosidi” faktına yumşaq, barmaqarası baxdığına görə.

Simonyan iddia edir ki, Paşinyan nə vaxtsa “erməni genosidi” barədə danışarkən, “bizimkilər də axmaqlıq ediblər, özlərini əbəs yerə təhlükəyə məruz qoyublar” kimi bir ifadə işlədib.

Paşinyanın Putini aldatmaq cəhdinə gəlincə, Putini aldatmağın çətin olduğunu bildirən Simonyan baş nazirin Amerikanın adamı olduğunu, ruslarla səmimi olmadığını, oyun oynadığını deyir.

Başqa sözlə, Simonyan ermənilərin xoşbəxtliyini əbədi olaraq Rusiyanın ağuşunda olmaqda görür, bu fikirdə olmayanları isə Rusiyanın, eləcə də özünün düşməni sayır.

Paşinyan isə əksər ermənilər kimi, tarixi daşnak ideologiyasından gələn bir qənaətlə ölkəsinin, millətinin gələcəyini Rusiya ilə birlikdə görmür.

Simonyan erməni xalqının əsl düşüncəsinin başqa, Paşinyanın komandasının təfəkkürünün isə tamam başqa olduğunu bildirərkən unudur ki, Nikol Vovayeviçi seçib başa çıxaran, daha sonra, 44 günlük müharibədəki məğlubiyyətə baxmayaraq, ona yenidən etimad göstərən məhz erməni xalqıdır.

Belə anlaşılır ki, ayrı-ayrı Rusiyayanlı qrupların mövcudluğuna, son vaxtlar onların xeyli fəallaşmasına baxmayaraq, bütövlükdə erməni xalqı boynunu şimaldan sola doğru döndərib və üzünü qərbə tutub.

İndi Rusiyanı idarə edənlərin də, Rusiyada özlərinə yaxşı güzəran quran ermənilərin də əsas niyyəti odur ki, tezliklə, bu şəxs devrilsin, Ermənistanda “Kremlin adamları” (Köçəryan-Sarkisyan tandemi və ya onların irəli verdiyi yeni simalar) hakimiyyətə gəlsin, Ermənistan yenidən “anaş toyuğ”un qanadlarının altına qayıtsın, erməni-rus müttəfiqliyi qaldığı yerdən davam etsin.

Açığı, Nikol Paşinyan nə qədər ipiqırıq, etibarsız, hərdəmxəyal siyasətçi olsa da, onun Rusiyaya arxa çevirərək, Qərbyönlü siyasət yeritməsi indiki məqamda bizim işimizə yarayır.

Hətta başqa bir erməni liderin bu gün hakimiyyətə gələrək, Qərbə arxa çevirməsi və tamamilə Rusiyayönlü siyasət yeritməsi də bizə sərfəlidir.

İndiyədək bizə sərfəli olmayan bu idi ki, ermənilərin bir əli Qərbin (ABŞ və Fransannın) ətəyində idi, o biri ilə də Rusiyanın ətəyindən yapışmışdı. İrəvan bu güc mərkəzlərinin arasında manevrlər edir, hər ikisindən yararlanırdı, Rusiyadan hərbi-siyasi-maddi dəstək alırdı, Qərbdən siyasi-maddi-mənəvi dəstək görürdü.

Ancaq Rusiya neo-imperiya ambisiyalarının təhriki ilə Ukraynada hərbi əməliyyata başlayandan sonra Qərblə Rusiyanın arasındakı ziddiyyətlər antoqonist səciyyə aldı, get-gedə barışmaz şəklə düşdü. Bir çox başqa dövlətlər kimi Ermənistan da seçim qarşısında qaldı, üzdə özünü Rusiyanın yanında göstərərək, əslində Qərbin tərəfində yer aldı.

Bu gün Ermənistanda amerikalı və erməni hərbçilərin "Tərəfdaş qartal" adlı hərbi təlimi başlayacaq və 9 gün ərzində davam edəcək. Rusiya bu qərarı üzünə vurulmuş şillə, ABŞ isə üzünə açılmış qapı hesab edir. Ermənistan da üzünə salıb, özünü heç nə olmamış kimi aparır. Bir sözlə, "rus ayısı" irəvanı "Amerika qartalı"na qapdırmaq üzrədir.

ABŞ-la birgə təlim Ermənistan üçün nə dərəcədə əhəmiyyətli olacaq, ya olmayacaq, bu, sonra bilinəcək, amma Rusiya təbliğatçılarının açıq tənqidi qarşısında qalan Paşinyan üçün bu “xilasedici kəmər” kimi bir şeydir.

Müdriklərdən birinin bu xüsusda da bir kəlamı var, deyir ki, iki adam dalaşanda udan üçüncü olur.

Нет комментариев

Новости автора