Общественно-политическая интернет газета
Hərçənd, Fransanın hazırkı rəhbəri və komandası “bic”dən çox, “gic” kateqoriyasına uyğun gəlir.
Hakimiyyəti ələ keçirən kimi ölkəsini o bölgədə, bu bölgədə yuyulmamış çömçə təki ortaya atıb biabır edən, dünyadakı dəngələrdən və böyük siyasətdən bixəbər, naşı prezident Emmanuel Makronun deyəsən başı əməllicə dərdədir. Söhbət yalnızca Fransada vaxtaşırı boy verən və ölkəni silkələyən sosial kolliziyalardan getmir. Bunlar öz yerində. Artıq keçmiş müstəmləkələr də Parisdən haqq-hesab tələb eləməyə başlayıb. Az sonra buna qayıdacağıq...
Bu arada rusiyalı tanınmış hərbi analitik, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko öz Facebook səhifəsindən Fransa prezidenti Emmanuel Makrona orijinal bir müraciət ünvanlayıb:
“Marsel – qədim erməni şəhəridir. O səbəbə Fransa prezidenti Makron elə bir şərait yaratmalıdır ki, dünyanın hər yerindən ermənilər sərbəst şəkildə gəlib orda məskunlaşsınlar. Fransa büdcəsi hesabına köçən hər erməniyə 20 min avro da ödənməlidir. Marselə yeni gələn ermənilərin hər biri sadələşdirilmiş prosedur əsasında Avropa Birliyi vətəndaşlığını alacaq. Marsel ətrafı ilə birlikdə xüsusi statusa malik, öz parlamenti və adı olan, özünü idarə edən muxtar ərazi vahidi statusunu almalıdır – Marsax Respublikası. İdeoloq Sərkis Saturyanın çoxdan gözlədiyi dənizə çıxışı da olacaq. Paris hər il Marsaxa 500 milyon avro məbləğində subsidiya verməlidir. PS. Əgər Makron inadkarlıq göstərsə və Marsax əhalisinin öz müqəddəratını təyinetmə ilə bağlı ədalətli tələbinə mane olsa, soyqırım siyasətinə görə Fransaya qarşı beynəlxalq sanksiyalar tətbiq edilməlidir”.
Marsax Respublikası. Vaxtilə Azərbaycan Prezidentinin dediyi kimi, belə şey olarsa, yəni ermənilərin çoxluqda olduğu Marsel və ətrafına müstəqillik verilərsə, biz onu tanımağa hazırıq. Orada səfirlik də aça bilərik...
Niyə də olmasın? Axı Makronun özünün etiraf elədiyi kimi, o, erməniləri ermənilərdən artıq istəyir. Hətta arada çərənləmişdi ki, guya Bakıya İrəvandan da çox təzyiq edir. O zaman buyur “böyük bacı” Makron, “kiçik bacı” xətrinə vperyod! Qarabağda “arsax” arzusu gözündə qalan hayları “Marsax”la sevindir. “Artsax” olmasın, Marsax olsun. Necədir?
Amma taleyin kinayəsinə bax ki, daşnak qırıntısı Makron, üstəlik, üsyankar Nigerdə axtarışa verilib. Elan isə belədır:
“Axtarılır: Emmanuel Jan-Mişel Frederik Makron.
Cins: Kişi.
Doğum tarixi: 21 dekabr 1977-ci il.
Vətəndaşlıq: Fransa.
Peşə: Fransa Prezidenti”.
Elanda o da qeyd olunur ki, Niger ərazisində bu şəxs cinayətkar sayılır. O səbəbdən onu görənlərdən polisə xəbər vermələri (!!) xahiş edilir.
Bişəkk, elanın geosiyasi anlamı var və təkcə Makronla ilgili deyil. Bu, Fransanın yüz illərlə Afrika xalqlarına qarşı apardığı iyrənc irqçi və soyqırımı siyasətinə, ümumən rəsmi Parisə, Fransaya nifrətin növbəti bariz təzahürüdür.
Tam məntiqli, təbii və ədalətli. Öz gözündə tiri görməyib uydurma “erməni genosidi”ni ilk sıralarda tanıyan, “24 aprel”i Fransada “ümummilli matəm günü” kimi rəsmiləşdirən, saxta soyqırımı inkara görə həbs cəzası müəyyən edən müstəmləkəçi və riyakar Fransanın “qazana tökdükləri”, nəhayət ki, “qaşığına” çıxmalı idi.
İstilaçı Fransa aborigen xalqlara qarşı (onların çoxu müsəlmanlardır) törətdiyi saysız allahsız əməllərə və bəşəri cinayətlərə görə cavab verməlidir və verəcək. Bu, Makronun dönəmində ola da bilər, olmaya da. Amma qaçılamazdır. Çünki Allah gec edər, güc edər.
Məzlumların ahı ağır olur və yerdə qalmaz. Gec-tezi var, sadəcə...
КомментарииОставить комментарий