Общественно-политическая интернет газета
Erməni simasızlar hər fürsətdə, yeri gəldi-gəlmədi, Azərbaycanı ləkələmək səylərindən əl çəkmirlər. Beynəlxalq hüquqi instansiyalardan suverenliyimizi və ərazi bütövlüyümüzü şübhə altına alacaq “arayış”, sənəd-sünəd yığmağa çalışırlar. Ancaq hər dəfə burunlarından vurulsalar da, yenə həya eləmirlər.
Məsələn, bəllidir ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanla sərhəddə “Laçın” sərhəd-nəzarət postu qoymağımızı qanuni hesab edib. İrəvanın bununla bağlı əsassız şikayəti rədd edilib, Azərbaycanın suverenliyi və sərhəd toxunulmazılığı bir daha təsdiqlənib.
Amma kimı deyirsən. BƏM-in qərarından az sonra kapitulyant ölkə önünə “Artsaxa yardım” təxribatçı şüarları yapışdırılan (elə təkcə bu yazının özü Azərbaycan dövlətini saya saymamaq deməkdir!) yük maşınlarını Bakının razılığı olmadan sərhədimizə gətirib. Artıq iki aydır həmin o “Spayka”lar qaldıqları yerdə qalıblar. Ta o vaxta kimi də ərazimizə buraxılmayacaqlar ki, Ermənistan rəhbərliyi nə boyda qələt elədiyini anlayacaq...
Yaxşı, ayrı necə izah edəsən ki, Laçın yolu bir daha sizin üçün “Karvansara yolu”na çevrilməyəcək. Ki, oradan kefiniz nə istəyir daşıyasınız, hanısa fransızı, amerikalını, iranlını, banditi, terrorçunu Qarabağa “qonaq” aparasınız.
Hətta sənədləri düz-əməlli tərtib olunmamış tabut da keçirə bilməyəcəksiniz. Necə ki, Gorusda yol qəzasında ölmüş və Qarabağ sakini olduğu deyilən erməni qızı Helen Dadayanın cəsədi hələ də Ermənistanda moqrda saxlanılır. Çünki Azərbaycan dövlətinə sayğılı olmaq fikri yoxdur bu məxluqatın.
Xatırladaq ki, ötən həftə erməni “hüquqşünası” Siranuş Saakyan bu “humanitar” məsələ ilə bağlı hətta Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət eləmişdi. Guya Azərbaycan “siyasi şərtlər” irəli sürməklə cəsədin Qarabağa aparılmasını əngəlləyir. Bəs nə imiş o “siyasi şərtlər”?
Siranuşun sitatına diqqət: “Bakı meyitin aparılması üçün Azərbaycan toponimlərinin sənədlərdə göstərilməsi ilə bağlı qanunsuz tələb (?! – Z.S.) irəli sürür. Və ya tələb edir ki, cəsədin “artsax respublikası”na deyil, Azərbaycan Respublikasına aparıldığı göstərilməlidir. Ona görə də məqsədimiz məhkəmənin qərarı ilə cənazənin daşınması və dəfni üçün ailəsinə verilməsini təmin etməkdən ötrü Azərbaycanın siyasi və digər tələblər irəli sürməsini əngəlləməkdir”.
Başın üçün elə! Ac toyuq yuxuda darı görən kimi, bu axçi də gör nəyin xəyalını edir. İlişib qalıblar ötən əsrin 80-ci, 90-cı illərində, işğal dönəmində...
Hörmətsiz hay soyunun mənsubları! Qulağınızda sırğa edin: keçdi o dövran ki, Laçına əcaib “Berdzor” adı qoyub özünüzünkü kimi torpaqlarımızda meydan sulayasınız, at oynadasınız, sərvətlərimizi talayıb özünüzünkü saydığınız yollarımızla daşıyıb Ermənistana aparasınız, ərazimizə kefiniz nə istəyir daşıyasınız, min hoqqadan çıxasınız.
Qısası, yeni reallığa öyrəşmək zamanıdır, cənab “Qafqaz qaraçıları”! Və nə qədər bunu tez eləsiniz, inanın, bir o qədər öz işinizi yüngülləşdirmiş olar, özünüzə yaxşılıq edərsiniz. Və təbii ki, leşlərinizi də vaxtında torpağa quyulaya biləcəksiniz...
Yeri gəlmişkən, dünən Avropa Məhkəməsi Saakyanın şikayətini rədd edib. Yəni Ermənistan Vaqif Xaçatryan və digər bu qəbil məsələlərdə olduğu kimi, növbəti dəfə hüquqdan “iki” alıb.
Amma heyrətamizi odur ki, erməni tərəfi üçünAİHM-nin bu qərarı da gözlənilməz olub. Guya başqa hökm çıxarıla bilərmiş. Çünki bunlar hələ də adam olmağı, qonşularla normal davranıb normal qonşu kimi yola getməyi öyrənməyiblər. Beynəlxalq hüquq nədir qanmaz, BMT Nizamnaməsi, beynəlxalq konvensiyalar-filan hərləməzlər. Onların öz “konvensiyaları”, “beynəlxalq hüququ” var. Sanki paralel dünyada yaşayan paralel varlıqlardır.
Nə qədər ki, “göydən yerə” enməyiblər, bu sırtıq tayfaya münasibətimiz elə bu cür də qalmalıdır – paralel dünyanın əcaib varlıqlar kimi...
КомментарииОставить комментарий