Свобода людям, независимость нациям!

Erməni tarixçilər yazdıqlarını pozurlar – “Rusiya ilhaqı” sözünü dərslikdən çıxarırlar

Ermənilərin tarix kitabları başdan-başa saxtakarlıqlarla, təhriflərlə, yalan-palanla doludur.

Onlar uzun illərdir ki, yetişməkdə olan yeni nəslin beynini “vaxtilə mövcud olmuş böyük Ermənistan krallığı”, “ən qədim xalq”, “qədim dövlətçilik ənənəsinə malik unikal etnos”, “tarix boyunca dəfələrlə zülmə məruz qalmış millət” nağılları ilə zəhərləyirlər.

Saxta xəritələr tərtib etməkdə və ya qədim xəritələrin üzərində özlərinə sərf edən düzəlişlər aparmaqda heç kim ermənilərə çatmaz. Xüsusi “qədim xaçkarlar” yonan emalatxanaları var. Daşları yonur, daş kitabələr düzəldir, kimyəvi məhlullarla “qədimləşdirir”, sonra aparıb arxeoloji qazıntılar apardıqları məkanlarda basdırır, bir müddətdən sonra “hal şahidləri”nin iştirakıyla “tapır”, ermənilərin aborigen və qədim xalq olduqlarını dünyaya duy vururlar.

Onlar hələ sovet dövründən belə şeylər edirdilər. Hələ ötən əsrin 70-80-ci illərində tarixçi alimlərimiz bu məsələ barədə narahatlıqla danışır, bu tendensiyanın sonunun yaxşı gəlməyəcəyini deyirdilər.

Söz yox, heç bir xalq əlverişli mühitdə gözlənilmədən əmələ gəlməyib, bakteriyların bölünməsi qaydası ilə artıb çoxalmayıb. Bütün etnosların bir tarixi vətənləri olub, çox millətlər bir arealdan başqasına köçüb, yeni-yeni məskənlər salıblar. Ermənilər də elə olub. Ancaq dünyanın və regionun tarixində, ən azı bizim erada ermənilərin böyük krallığı olmayıb. Onlar iddia etdikləri ərazinin tamamında yaşamış olsaydılar, belə böyük ərazidə populyasiya etsəydilər, indi onların sayı, hər halda Çininki qədər olmasa da, Banqladeşinki qədər (170 milyon) olardı. Bütün dünyada isə erməniləri sayı 10 milyon civarındadır.

Fəqət gerçəklik budur ki, bu xalq Ön Asiyadakı dövlətlərin tərkibində icmalar halında yaşayıb, İran, Türkiyə, Rusiya kimi dövlətlərin ərazilərinə köç edə-edə ömür sürüblər.

Ən vacibi odur ki, ermənilər heç bir millətlə uzun müddət iç-içə yaşamağı bacarmayıblar, onlarla qaynayıb-qarışmaq istəməyiblər, daima öz milli identikliklərinin dərdini çəkiblər, bir sözlə, qonşularla uyumlu olmayıblar.

Dünən yayılan bir xəbər isə ermənilərin saxta tarix yazmaq vərdişlərinin zibilinin yüngülvari şəkildə çıxmasından bəhs edirdi.

Heç demə, Ermənistanda 8-ci sinif şagirdləri üçün tədris olunan tarix dərsliyində 1828-ci ildə Rusiya imperiyasının Şərqi Ermənistanı “ilhaq etdiyi” barədə paraqraf varmış. İndi bu dərsliyin müəllifləri həmin hissəni redaktə etmək zorunda qalıblar.

Ermənistanın Təhsil Nazirliyinin açıqlamasından hiss olunur ki, bunu ermənilərdən adı işğalçı kimi çəkilən Rusiya tərəfi tələb edib.

Ermənilər söz verib ki, dərslikdə yaxın vaxtlarda dəyişiklik edəcəklər.

Bu düzəliş ediləndən sonra məlum olacaq ki, Rusiya imperiyası 1828-ci ildə “Şərqi Ermənistan”ı işğal etməyib.

Əslində 1828-ci il müasir Ermənistan dövlətinin ilk rüşeyminin Qafqaza düşdüyü ildir. Buna görə ermənilər ruslara borcludur.

Məsələ belədir ki, 1828-ci ilə qədər İrəvan şəhəri və onun ətrafındakı mahallar “İrəvan xanlığı” adlanan kiçik, ancaq müstəqil türk dövlətinin ərazisi olub. Bu dövlət İran hökmdarı Nadir şahın ölümündən sonra Əfşarlar dövlətinin parçalanması nəticəsində, 1747-ci ildə yaranıb və 1828-ci ilə qədər, rus işğalına məruz qalana qədər mövcud olub. Həmin il isə ruslar İrəvan qalasını tutaraq, ətraf mahalları işğal edərək ermənilərə bağışlayıblar.

Şəhərdə türk dominantlığına son qoyulub, idarəetmə rus-erməni tandeminin əlinə keçib. Ona qədər isə İrəvanı 36 türkəsilli hökmdar (xan) idarə edib. Xanlığın əsasını Mehmehdi xan Qacar qoyub, sonuncu xan isə Hüseynqulu xan olub. 1828-ci ilin mart ayında Rusiya hökmdarı I Nikolay bu mahalda "erməni vilayəti" adlı qurum yaradılması haqda fərmanı verib.

Ancaq ermənilər “Şərqi Ermənistan” dedikdə təkcə İrəvanı nəzərdə tutmurlar, Naxçıvan xanlığının ərazisini də ora qatırlar. Bir az da irəli gedib dağlıq və aran Qarabağı, eləcə də Gəncə və Zəngəzur ərazisini “Şərqi Ermənistan” torpaqları elan edirlər.

“Şərqi Ermənistan” varsa, demək, “Qərbi Ermənistan” da var. Buraya isə Türkiyənin cənub-şərqi, İranın şimal-qərbi, Suriya və İraqın şimalı daxildir. Beləcə, kağız üzərində “Böyük Ermənistan” alınır. Bu xəyali dövlətin şimal sərhədləri Qara dənizə, cənub sərhədləri Aralıq dənizinə, şərq sərhədləri isə bizim Neftçala və Salyan rayonlarını əhatə edərək Xəzər dənizinə dirənir. Bu da olur “dənizdən dənizə Böyük Ermənistan”.

İndi Rusiya dirəşərək onlara tarix kitablarını redaktə etdirir. Görünür, digər qonşu dövlətlər də ermənilərə tarix dərsliyini dürüst yazmağı “tövsiyə” etməlidirlər. Yoxsa onlar bir ucdan saxta mənbələrə istinadən saxta tarixi oçerklər yaza-yaza gedəcəklər.

 

Нет комментариев

Новости автора