Общественно-политическая интернет газета
Nikol Paşinyanın öz xalqını qonşuların ərazi bütövlüyünə hörmətə öyrəşdirmək yönündə səylərinin səmimiyyət dərəcəsi bizə bəlli deyil. Çünki adam xəyalpərvər hay toplumundan çox da fərqlənməyən, “nala-mıxa” vurmağı xoşlayan, söz oynunu sevən siyasi hoqqabazın birisi. Yoxsa ki, Bakının 5 bəndlik təklifinə çoxdan “hə” deyib sülh sənədinə imza atmışdı.
Yəni Nikolun öz xalqına xilaskar olaraq göndərildiyini söyləmək hələ çox tez. Xilaskar olub Nobel “Sülh mükafatı” almaq üçün isə o, bəzi tarixi işlərin öhdəsindən gəlməlidir. Söhbət ölkə konstitusiyasını, digər normativ-hüquqi aktlarını beynəlxalq hüquqa uyğunlaşdırmağın vacibliyini erməni cəmiyyətinə qəbul etdirməkdən gedir.
Paşinyan bacararmı? Bunun üçün ona daha nə qədər vaxt lazım olacaq? Siyasi-bioloji ömrü bəs edəcəkmi? Özünün dediyi kimi, soydaşlarını “mifik Ermənistandan real Ermənistana” yığa biləcəkmi? Əsas sual bu. Zaman isə qəddarcasına gedir...
Maraqlıdır ki, məhz sürətli vaxt axarı fonunda Nikol Vovayeviç ermənilərin öz xəstə təfəkkürlərini dəyişmək istəmədiklərindən gileylənib. “Bizim ən böyük problemimiz odur ki, 1994-cü il atəşkəsindən sonra dünya dəyişsə də biz dəyişmədik. Hər cəhətdən 1994-cü ildə ilişib qaldıq”, - Nikol şikayətlənib.
Amma Paşinyan bir az da özündən gileylənsəydi, məntiqli olardı. Əvvəla, baş nazirin təfəkkürü son 30 ildə (1994-2024) görəsən çoxmu dəyişib? Məgər 2020-ci ildə, 44 günlük savaş başlayanadək “Qarabağ Ermənistandır və nöqtə” deyən o deyildi? O idi.
Yaxşı, tutaq ki, Paşinyan “dəmir qapaz” yeyəndən sonra ağıllanıb. Axı gerçək belədir ki, radikal-revanşist kəsim, erməni kilsəsi və lobbisi, ümumən erməni cəmiyyəti böyük ölçüdə bu gün də “miatsum” mərəzindən əziyyət çəkir.
Bu xəstəlik qalır və əfsus ki, kardinal müalicəsi hələlik yoxdur. Çünki “xəstə” həkimdən inadla qaçır, sağalmaq istəmir. Bu isə özü-özünə keçməyən bir xəstəlik. Problem budur. Demək, “dəmir yumruq”la “müalicənin” davamı gəlməlidir. Hər halda, hay qəbiləsinə belə “müalicə”nin faydası var ki, ziyanı yox...
Diqqət edin, düşmən mediası Qarabağ və ətrafındakı şəhər və rayonlarımızı, hətta heç vaxt erməni yaşamamış yerlərimizi hələ də uydurma, əcaib adlarla təqdim edir. “İşğal altındakı artsax” ifadəsi işlədir. Eyni zamanda, heyrətamiz sırtıqlıqla Ermənistanın suverenliyindən dəm vurur, guya ordumuzun onun ərazisinə girdiyini iddia edir. Yəni özlərinə rəva bilmədiklərini çox rahatca bizə görürlər.
Belə çıxır, ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı anlayışları yalnız Ermənistan üçün önəmlidir, Azərbaycan üçün yox. Hətta o dərəcədə həyasızlaşıblar ki, Ukraynanın Kırmı, Donbası geri qaytarmaq kimi halal haqqını Ermənistanın “artsaxı qaytarmaq” istəyi ilə eyniləşdirirlər. Guya “artsax” da Krım və Donbas kimi işğal altındadır deyə, Qərbdən silah-sursat, pul-yardım tələb edirlər. Hətta ABŞ-ı, Avropa Birliyini “ikili standart” siyasətində suçlayırlar!..
Sizcə, indi belə bir anormal, başdan problemli toplum Ermənistan konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasına asanca razı olar? Əsrlər boyu miflər, saxtakarlıqlarla yaşayan, yalan ruhunda nəsillər böyüdən, nəfəsi də yalandan gedib-gələn, daim “isti qucaq” görən bir xalqın köhnə vərdişlərdən imtinası sizə asan gəlməsin.
Demək, Nikolun işi həqiqətən çətin olacaq. Təbii ki, əgər o, ermənilərdən anlaqlı, müasir xalq düzəltmək məramında ciddidirsə. Əks halda, onun özü az sonra təzədən sürüyə qoşulub “görünməz” olacaq. Təfəkkürü nəinki 1994-cü ildə, ümumiyyətlə qəbilə səviyyəsində qalan, Türkə nifrəti heyvani xarakter almış azğın bir dəstəni doğru yola yönəltmək gerçəkdən qəliz işdir. Burda “Dəmir qapaz”larsız necə keçinəsən?..
КомментарииОставить комментарий