Свобода людям, независимость нациям!

Bu dəfə separatçıları əlimizdən kimsə ala bilməyəcək! – Bakı qərarını verdi

Laçın postu bəlli səbəbdən 5 gündür bağlı olaraq qalır. Azərbaycanın şərtləri reallaşmayınca belə də olacaq. Çünki söhbət təkcə sərhədçilərimizin deyil, nəzarət-buraxılış məntəqəsindən istifadə edən erməni əsilli Azərbaycan sakinlərinin də təhlükəsizliyindən gedir.

Bəllidir ki, Bakı dinc ermənilərin də sərbəst və təhlükəsiz hərəkətinə zəmanət verib – ölkə ərazisinin hansı hissəsində olur-olsunlar. Zira, bu bir təməl insan haqqı. Yəni postun normal fəaliyyəti bizdən ötrü prinsipial bir məsələdir. Söhbət hətta dövlətimizin imicindən gedir.

Yoxsa qarğa-quzğunlar Azərbaycanı Qarabağdakı erməni icmasının təhlükəsiz varlığını təmin edə bilməməkdə suçlayıb da Bakıdan daha “etibarlı” mexanizmlər tələb edəcəklər. Biri elə Ermənistan. İrəvan rəsmiləri onsuz da neçə vaxtdır dil boğaza qoymadan “beynəlxalq zəmanət” deyib çığır-bağır salmırlarmı?..

Bu mənada Azərbaycanın Qarabağdakı ermənilərə, ələlxüsus separatçılara münasibətdə “qamçı və kökə” taktikası tam doğru. Qoy, bir az da ağıllansınlar, düşünüb-daşınsınlar. Oradakı mülki, qismən loyal ermənilər “göylə gedən” radikal-revanşist ünsürlərə təzyiq eləsinlər, separatçı-quldurların Qarabağdan çıxmasını tələb eləsinlər ki, həyatları, nəhayət, normal və təhlükəsiz axara düşsün.

Onsuz da bunu Azərbaycan Ordusu edəcək – antiterror əməliyyatı ilə və ya hərbi gücün istifadə olunacağı digər bənzər üsulla. Çünki artıq gün kimi aydındır ki, Qarabağda kök salmış minlərlə qanunsuz silahlı zərərsizləşdirilməsə, Ermənistan sülh sazişi imzalamayacaq. Demək, Laçın postuna qarşı təxribatlar da bitməyəcək. Eyni zamanda, Rusiyanın əlində Azərbaycana qarşı çox ciddi təzyiq və təxribat rıçaqı qalmağa davam edəcək.

Amma yaxşı olar, proses qansız və maksimum qısa zamanda getsin və bitsin. Bu isə bişəkk, həm də və hətta ən çox Rusiyadan asılıdır. Hansı ki, 10 noyabr üçtərəfli kapitulyasiya sənədinin 4-cü bəndinə əsasən, bu işi hələ 2020-ci ilin payızında bitirməli, silahlı separatçıları tərksilah eləməli idi...

Söz düşmüşkən, bu arada məlum olub ki, Rusiya “sülhməramlıları” Ermənistanın təxribatından sonra bağlanan Laçın postunun açılması üçün Azərbaycanla danışıqlar aparır. Ermənistan mediası yazıb ki, ruslar postun avtomobillərin keçidi üçün açılmasını istəyirlər. Bakının isə məlumdur ki, haqlı tələbləri var. Onların sırasında təxribata görə Ermənistanın məsuliyyəti öz üzərinə götürməsi də yer alır.

Daha maraqlısı odur ki, postun açılması ilə bağlı danışıqlara separatçılar qatılmaq istəsə də, Azərbaycan tərəfi birmənalı şəkildə bundan imtina edib. Yəni onları it yerinə qoymayıblar...

Bəs nə xəyal eləmişdiniz? Azərbaycan separatçılarla nəyi müzakirə edəsidir ki. Quldur-terrorçularla bütün normal dövlətlər yalnız könüllü təslimiyyət barədə danışıq aparır. Misal üçün, komando qüvvələri səviyyəsində. Mülki erməni icması ilə isə əlbəttə ki, dialoq mümkündür və olacaq. O da Azərbaycana re-inteqrasiya mövzusunda.

Bunun üçün rəsmi Bakı xüsusi nümayəndə də təyin edib – deputat Ramil Məmmədov. R.Məmmədovu bəyənməsəniz, onda işiniz xüsusi təyinatlılarla olacaq. Həm də tələssəniz, yaxşıdır. Çünki kritik həftəyə girmişik. Bəlkə də sayılı günlər qalıb. Artıq qərar verilib. Bakı separatçı-təlxək yığnağının nazı ilə sonsuzadək oynamayacaq!..

Və sonda. Bu gün Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması ilə bağlı parlamentin komissiya iclasında yaxşı bir etiraf edib. Hərçənd təzə də sayılmaz. Bildirib ki, 10 noyabr 2020-ci ildə kapitulyasiya sənədini imzalamasaydı, ən azı 25 min erməni (işğalçı) əsgəri əsir düşəcəkdi.

Düz deyib. Əfsus ki, həmin 25 minin 10 mini hələ də torpaqlarımızda sülənir. Öz əcəllərini gözləyirlər. Halbuki, məntiqlə çoxdan dabanlarına tüpürərək, qaçıb getməli idilər. Qaçmadılar. Əksinə, ağaları - rus hərbçiləri gələn kimi təzədən “əjdahaya” döndülər. Axı söhbət ermənidən gedir.

O zaman özlərindən küssünlər. Bu dəfə onları əlimizdən heç kim ala bilməyəcək! Madam sağ qalmaq şansını yanlış anlayıb buraxdılar, onda komandolarımız onları necə peşman eləməyi qəşəng bilir. Bir şey qalmayıb...

Zahid SƏFƏROĞLU

Нет комментариев

Новости автора