Общественно-политическая интернет газета
İlin-günün bu vaxtında erməni toplumunda çaşıb düz danışan, gerçəyi və hətta haqqı deyən birini görmək həqiqətən sensasion sayıla bilər. Eyni zamanda, ümidverici. Ən əvvəl də hay toplumunun özü üçün. Demək, “xroniki xəstəlik”dən sağalma şansı qalır.
Ancaq təəssüf ki, belə normal düşünənlərin sayı “müalicəvi doza”da deyil. Hələ xeyli vaxt lazımdır ki, erməni cəmiyyətində tibbi terminlə yazsaq, “müsbət radikallar” o qədər çoxalsın ki, “mənfiləri” basıb “yesin”. Ona isə hələ var...
Məşhur aforizmlərdən biri belədir: “Dünyada dəlilər çoxluqda olsaydı, ağıllıları dəlixanaya salardılar”. İndi “Qafqaz qaraçıları” da. Öz aralarından məntiqli nəsə söyləyəni o saat “xain”, “erməni soyundan olmayan” kimi şərləyib qaralayır, ya da terrorla, ölümlə hədələyirlər. Heyvani kin-nifrət erməni çoxluğun gözünü o dərəcədə tutub ki, bir-birilərinin ünvanına “türk” sözünü təhqir kimi istifadə edirlər.
Mətləbə qayıdaq.
“Qarabağ bizim üçün geridönməz şəkildə itirilib”.
Bunu erməni arxiyepiskopu Mikael Acapaxyan bildirib.
Davamı daha təsirlidir: “Ermənilər üçün hər şey yanlışdır. Qələbə anlayışı yanlış, məğlubiyyət anlayışı yanlış, dövlət anlayışı yanlış, kilsə anlayışı yanlış. Deməli, obyektiv reallıq budur ki, ermənilər çox pisdir… Erməni xalqının özü haqqında çoxlu səhv təsəvvürü var. İdeal xalq olduqlarını düşünürlər, əslində isə ən utancverici, ən xəstə və müalicəyə ən çox ehtiyacı olanlardır”.
“Müalicəyə ən çox ehtiyacı olan...”
Xristianlığı guya ilk qəbul etmələri ilə öyünən erməni din xadimləri adətən Allahı, İsa peyğəmbəri unudub da digər xalqlara, özəlliklə türklərə qarşı daima zorakılığı, terroru təbliğ ediblər. Fakt budur ki, ermənilərin qonşu dinc əhaliyə qarşı törətdikləri saysız vəhşiliklərin əsas mənəvi sponsoru, ideoloqu məhz erməni kilsəsi olub. 44 günlük müharibədən, “Dəmir yumruq”dan sonra da bu xəbis xislət dəyişməyib. Odur ki, tezliklə arxiyepiskop Acapaxyanın “axmaq”, “satılmış”, “türkləşən erməni” kimi damğalanıb hədəf ediləcəyi şəksizdir.
İndi gəl, “xəstə-dəlilər”in meydan suladığı cəmiyyətdə referendum keçir və konstitusiyanı beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, bölgədəki geosiyasi reallıqlara uyğunlaşır, görüm necə uyğunlaşdırırsan. Paşinyan üçün gerçəkdən çox qəliz və müşkül bir durum. Halbuki yeni, sülh konstitusiyası hamıdan çox erməni xalqının özünə lazımdır. Zira, inkişaf yoluna çıxmağın tək şərti bu...
Sözgəlişi, bəzi məlumatlara görə, N.Paşinyan referenduma həm də kilsəyə hakimiyyətə müdaxilə imkanı verən konstitusion bəndi ləğv eləmək üçün gedir. Belədirsə, ikiqat haqlı. Katolikos dövlət işlərinə, daxili-xarici siyasətə niyə burun soxmalıdır ki.
Bəzən fikirlər səslənir ki, kilsə ilə bağlı həmin müddəa da daxil, konstitusiya dəyişiklikləri parlamentində 3/5 səs çoxluğu ilə də reallaşa bilər – hansı ki, hakim “Mülki Müqavilə” partiyasına məxsusdur. O zaman Nikol niyə referendumda israrlıdır? Vaxt udmaq üçünmü?
Ola bilər. Amma əsas hədəf yəqin ki, ayrıdır. İş ondadır ki, hakimiyyətlər gəldi-gedərdi. Kim zəmanət verə bilər ki, günün birində iqtidar olacaq hansısa revanşist anti-türkçü hakimiyyət parlamentdə eyni səs çoxluğu ilə konstitusiyanı əvvəlki vəziyyətə qaytarmayacaq?..
Referendum isə ayrı məsələ. Bu, artıq xalqın mövqeyi olacaq. Onu qısa zamanda, tezbazar dəyişmək aydındır ki, asan deyil. Üstünsə xalqın iradəsi var. Bunu radikal müxalifət də anlayır və referenduma qarşı çıxır. Onu da bilir ki, referendum (əgər baş tutacaqsa) paralel surətdə hakim komandaya etimadı, yəni legitimlik səviyyəsini müəyyən edəcək, daşlaşdıracaq.
Ən vacibi isə əlbəttə ki, aşağıdakı suala veriləcək cavab olacaq: erməni toplumu məlum xəstəlikdən sağalıb normal xalqlar cərgəsinə qayıtmaq istəyir, ya yox? Qınına çəkilmək zamanıdır. Özü də həmişəlik...
Zahid SƏFƏROĞLU
КомментарииОставить комментарий