Свобода людям, независимость нациям!

Arif Yunus adına “çiban” - şərəfsizliyin bu qədəri...

Dəfələrlə yazmışıq, hakimiyyətə müxalifətçilik heç bir halda Azərbaycan xalqına və onun dövlətinə müxalifliyə çevrilməməlidir. Bu “qırmızı xətt”i bilərəkdən, yaxud bilməyərəkdən keçənlər əbədi olaraq öz yarlıqlarını, “birka”larını qazanırlar - Vətən xaini.

Bu da elə ləkədir ki, ondan sonra Vətənə min yaxşılığın dəysin, xeyri olmayacaq, qəbir evinə həmin ləkə ilə gedəcəksən. Və belələrinə “Azərbaycanın çörəyi, suyu, havası sənə qənim olsun!” demək hələ ən yumşaq qarğışdır.

Yediyi qaba tüpürüb öz xalqına namərdlik edən həmin zatlardan biri də uzun illərdir Avropada Azərbaycanın düşmənlərinin əppəyini yeyən Arif Yunusdur. Yalançı həqiqət carçısı, ermənilərin sadıq hüquq müdafiəçisi.

Keçək mətləbə.

Bu gün Avropa Parlamentində - 44 günlük müharibədən sonra Qərbin ölkəmizə qarşı əsas şər-böhtan məkanına, şeytan yuvasına çevrilmiş qurumda “Bakıda saxlanılan erməni hərbi əsirlər” təxribatçı mövzusunda “konfrans” keçirilib. Anti-Azərbaycan yığnağında başda oturanladan biri də təbii ki, Arif Yunus olub.

“Armenpress” xəbərinə görə, tədbirə Ermənistan parlamentinin deputatları və kapitulyant ölkənin Belçikadakı səfiri Tiqran Balayan da qatılıb: “Konfransın əsas çıxışçıları Ermənistanın beynəlxalq hüquq üzrə nümayəndəsi, “Şərqi Avropa” proqramının direktoru Yeqişe Kirakosyan, Cənubi Qafqaz” proqramları: insan hüquqları sahəsində beynəlxalq əməkdaşlıq” adlı qurumun (IPHR) rəhbəri Simon Papuaşvili, beynəlxalq hüquq üzrə mütəxəssis, “Legal Path” ictimai təşkilatının həmtəsisçisi Siranuş Saakyan, Sülh və Demokratiya İnstitutunun miqrasiya şöbəsinin müdiri Arif Yunus və “Covcas" Hüquq və Məskunlaşma Mərkəzinin sədri Hilda Çobanyan olublar”.

Göründüyü kimi, hamısı erməni və ya erməniyə satılan şarlatanlar.

Əlbəttə ki, “konfrans”da Azərbaycan dövləti əleyhinə bütün ənənəvi ittihamlar, qarayaxmalar səslənib. Onları təkrar sadalamağa gərək yox...

Daha sonra məlumatda oxuyuruq: “Öz növbəsində Arif Yunus Bakıda erməni hərbi əsirlərə qarşı bütün məhkəmə işlərinin təkcə beynəlxalq hüquqa deyil, Azərbaycanın öz konstitusiyasına da (?! – Z.S.) zidd olduğunu vurğulayıb. “İlham Əliyev üçün çox vacibdir göstərin ki, o, təkcə Dağlıq Qarabağı ələ keçirməyib, həm də hamını cəzalandırmaqla məşğuldur” deyib”.

Əvvəla, erməni şərəfsizlərlə ağız-ağıza verib, onların xoruna qoşulub Azərbaycana hürmək elə o şərəfsizlərin bir tayı olmaqdır! Nə az, nə çox.

İkincisi, görəsən nə vaxtdan bir ölkənin öz ərazisini işğaldan azad eləməsi, təcavüzkarları, silahlı quldur-terrorçuları cəzalandırması, qanunsuz separatçılıq yuvasını ləğv etməsi beynəlxalq hüquqa, BMT Nizamnaməsinə zidd sayılıb? Ağzının dediyini qulağın duyurmu, adam?

Bir ölkə öz ərazisini zəbt edə, ələ keçirə bilərmi? Əsla. Yalnız azad edər! Azərbaycan özü-özünə təcavüzmü edib? Əgər Aruf Yunus ömrünün 70-ci ilində, ahıl yaşında da bu bəsit gerçəyi, elementar hüququ anlamayıbsa, yazıqlar olsun bu miskin məxluqa!..

Üçüncüsü, erməni diversantların müharibə bitdikdən sonra (!) yaxalandığı çoxdan bəlli. O zaman onlar necə hərbi əsir sayıla bilər? Üstəlik, bu silahlı canilər üç günahsız vətəndaşımızı qətlə yetirib, neçəsini də yaralayıblar. Onlar mühakimə olunmalı deyildilər? Yoxsa başlarını tumarlamı idik ki, nədi-nədi, Arif Yunusun “gizli” soyundandırlar?

Və sonda. Dünyanın ən bədbəxti o kəsdir ki, doğulub böyüdüyü yurdda basdırılmaq üçün bir qarış torpağı belə haqq eləməsın. Torpaq ondan imtina eləsin. Əminik, Arif Yunus da o sırada həmişəlik yerini “bron” edib. Zira, torpaq murdarlığı sevməz. İllah da başı bəlalar çəkmiş müqəddəs Azərbaycan torpağı...

Zahid SƏFƏROĞLU

Нет комментариев

Новости автора