Общественно-политическая интернет газета
İnsandakı ən naqis keyfiyyətlərin unikal toplusuna malik ermənilərin Türkə aşırı nifrəti təzə deyil. Tarix boyu yaşadıqları bəla və müsibətlərin səbəbkarı özləri ola-ola, heç vaxt günahlarını boyunlarına almayan, əksinə, daim başqalarını suçlu çıxarıb özünü bütün situasiyalarda haqlı və ağıllı sayan, tövbə nədir bilməyən, yaxşılıq nədir qanmayan bu nankor və xəbis tayfanı qonşular üçün xüsusilə təhlükəli edən həm də budur: haqq eləmədiyi “böyüklük və qədimlik hissi”, maniakal sırtıqlıq, öz adını başqalarına qoymaq adəti.
Ermənilər yeganə millətdir ki, dünyanın harasında olur-olsun, hansı mədəni xalqların içində və nə qədər yaşayır-yaşasın, mənəvi keyfiyyətləri heç vaxt yaxşıya dəyişməz. Adam olmazlar. Çünki öz iyrənc vərdişlərini genetik olaraq, nəsildən-nəslə ötürmək kimi nadir bacarığa malikdirlər. Xüsusən də Türkə kin-küdurətləri... Sanki bu, onların qan yaddaşında oturub, DNT (“DNK”) səviyyəsində “məlumat bazası”na əbədilik həkk olunub.
Deyilə bilər ki, ermənilərin də içində rasional düşüncə qabiliyyətinə malik olanlar var. Var. Amma əfsus ki, bu, artıq daşlaşmış ümumi qənaəti dəyişmir. Zira, adekvat, normal millətlərdə xəstə təfəkkürlülər azlıqda olar, çoxluqda yox...
Sirr deyil ki, hay soyundan olanları öz qonşuları ilə dinc-yanaşı, sülh içində yaşamağa qoymayan 1 nömrəli əngəl terroru və faşizmi təbliğ edən erməni katolik kilsəsi və dünya erməni lobbisidir. Erməni diasporunun ən böyük məskənlərindən biri isə ABŞ-dır. Amerika Erməni Milli Komitəsidir (ANCA).
İki gün qabaq həmin bu ANCA “Disney +”u müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən serialdan imtinaya çağırıb. Guya Atatürk 1915-1923-cü illər “erməni soyqırımı”nın təşkilatçısıdır. Serialın premyerası oktyabrın 29-na planlaşdırılıb və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
“Biz “Disney +”u əli milyonlarla yunanın, erməninin, asurinin, xaldeylinin, suriyalının, arameylinin, maronit və digər xristian şəhidlərinin qanına bulaşmış “türk diktatoru və qatili” (dırnaqlar bizimdir – Z.S. ) M.K. Atatürkü vəsf edən serialı dayandırmağa çağırırıq”, - ANCA-dan bildirilib.
Belə bir əndazə aşan erməni həyasızlığı yəni. Halbuki həmin illərdə bu iblis məxluqat Osmanlı dövlətini param-parça eləmək istəyən rusun, fransızın, digərlərinin təhriki ilə ona arxadan vurduğu zərbəyə, xəyanətə, satqınlığa görə cəza alıb. Layiqli və haqq elədiyi cəza!
Bu yerdə yada salaq: aprelin 23-də İrəvanda terrorçulara növbəti, “Nemezis” adlı abidə ucaldılıb. “Nemezis” - ötən əsrin 20-ci illərində Türkiyə və Azərbaycan dövlət xadimləri və diplomatlarını qətlə yetirən qruplaşmanın terror əməliyyatlarına verilən addır. Beləcə, ərazisi büsbütün insanlıq əleyhinə abidə-heykəllərlə dolu (tayqulaq Andranik, Qaregin Nyde, Soğomon Təhliryan, Monte Melkonyan, Vazgen Sərkisyan, “Nemezis” və s.) dünyanın tək ölkəsi (bu da daha bir erməni unikallığı) məhz Ermənistandır – Türk torpaqlarında rusun məkrli niyyəti ilə və Türkə qarşı qurulmuş saxta, terrorçu dövlət!..
Oktyabrda serialla bağlı nə qərar veriləcəyini bilmirik. Hər halda yəqinlik hasil ediləcək ki, Fransa kimi ABŞ dövləti də erməni lobbisinin əlində girovdur, ya yox.
İndi işə bax, görəsən hansı genosiddən dəm vurur daşnak tör-töküntüləri, bu həşərat yığını? Belə şey olubsa, nədən Ermənistan Türkiyənin illərdir arxivləri açmaq və müstəqil tarixçilərdən ibarət ortaq beynəlxalq komissiya yaratmaq çağırışına məhəl qoymur?
Söz düşmüşkən, ovaxtkı prezident, Xocalı canisi Serj Sərkisyan heyrətamiz riyakarlıqla belə də demişdi: “Nə komissiya, onsuz da hər şey aydındır”. Nə və kimə aydındır? Əlbəttə ki, ermənilərin uydurduğu və cəmi 31 ölkəyə (onların da hamısı xristian!) sırıya bildikləri genosid nağılı, böyük YALAN! Əsrin uydurması!
Amma Ərdoğan söz vermişdi ki, tarixçilərin ortaq komissiyası nə qərara gəlsə, Türkiyə ona hörmətlə yanaşacaq və qəbul edəcək. Bundan da artıq obyektivlik, ədalət, KİŞİYANA hərəkət? Türkiyə, onun lideri daha nə təklif eləməli idi tarixi gerçəyin üzə çıxarılması və münasibətlərin düzəlməsi üçün?..
Nəfəsi belə yalandan gedib-gələn, saxtakarlığı çoxdan həyat tərzinə çevrilmiş ermənilər və onların başdan xəstə rəhbərləri, şübhəsiz, buna getməzdilər. Bir əsrdən çoxdur düzüb-qoşduğu yalanların faş olmasını istəməzdilər. Erməni hara, dürüstlük, səmimilik, etiraf hara? Erməniyə həqiqət heç lazım da deyil, əgər total yalan az qala ana südü ilə nəsildən-nəslə ötürülürsə və əgər əsrin yalanına inanan, içində nə yazıq ki, ABŞ-dən da olduğu 31 dövlət varsa.
Demək ki, “Qafqaz qaraçıları”nın bəlaları bitməyəcək. Ta ki, tarixdən düzgün dərs götürənə kimi. Çünki tarixi tərs anlayanlar onu təkrar yaşayırlar...
КомментарииОставить комментарий