Onlayn ictimai-siyasi qəzet
Gürcüstan prezidenti Salome Zurabaşvili hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib və yeni səsverməyə çağırıb.
Musavat.com- un məlumatına görə, prezident bu barədə jurnalistlər üçün təşkil edilən brifinqdə deyib.
O, əlavə edib ki, seçkilər həm də əhalinin əksəriyyəti, müxalifət partiyaları və qeyri-hökumət təşkilatları tərəfindən tanınmır.
Zurabişvili qeyd edib ki, seçkilər zamanı konstitusion hüquqlar, xüsusən də səsvermənin məxfiliyi pozulub. O, “böhrandan çıxmaq üçün” təkrar parlament seçkilərinin keçirilməsini və seçkilərin nəticələrinə etirazları davam etdirməyə çağırıb.
Noyabrın 16-da Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin yekun protokolunu dərc edib və ona əsasən, hakim “Gürcü arzusu” partiyası 53,93% səs toplayaraq parlamentdəki 150 mandatdan 89-nu qazanıb.
Dörd müxalifət partiyası da parlamentə daxil olub, lakin onlar seçkinin nəticələrini tanımır və yerlərindən imtina edirlər. Parlament prezidentin çağırılması haqqında yekun protokolun dərcindən sonra onuncu gündən gec olmayaraq iclas keçirməlidir. Lakin prezident parlamenti çağırmaqdan imtina edərsə, qanunverici orqan təkbaşına toplaşacaq.
Müxalifətçilər nəticələri saxta hesab edərək beynəlxalq araşdırma və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Şahanə Rəhimli
Musavat.com
19 Noyabr 2024
18 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ