Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili cümə axşamı Tiflisdə yeni ofisinin açılışını edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sabiq dövlət başçısı prezident kimi fəaliyyətini davam etdirəcəyini söyləyib.
"Mən sizə Orbeliani sarayının (prezident sarayı) davamı olan yeni ofisdən müraciət etmək istərdim... burada da prezidentin funksiyaları davam edir", - deyə Zurabişvili brifinqdə bildirib.
Gürcüstan qanunlarına görə, rəsmi olaraq Zurabişvilinin prezidentlik müddəti dekabrın 29-da Mixail Kavelaşvilinin andiçmə mərasimindən sonra başa çatıb.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ