İnsanlara hürriyət, millətlərə istiqlal!

Zohrabyan: "Bu həbslərdə separatçıların əli var"

“Qarabağ ermənilərinin siyahısının Azərbaycanın əlində olması olduqca qəribə və şübhəlidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin keçmiş deputatı, revanşist siyasətçi Naira Zohrabyan tərəfindən səslənib.

Zohrabyan 3 erməninin Azərbaycan bayrağını təhqir etdiyi üçün saxlanıldığını etiraf edib. Lakin onun fikrincə, həmin video çoxdan çəkilib.

“Belə çıxır ki, bu adamların adları Ermənistan və separatçı rejim tərəfindən əvvəldən Bakıya verilib. Azərbaycan hüquq-mühafizə orqanlarının bu və ya digər Qarabağ ermənisinin vaxtilə nə işlə məşğul olduğunu olduqca tez öyrənməsi sizə qəribə gəlmirmi”, - deyə Zohrabyan yerli “168 Zham” telekanalında bildirib.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR