Onlayn ictimai-siyasi qəzet
Ziyillər (papillomalar) əsasən insan papilloma virusu (HPV) səbəbindən yaranır və müxtəlif formalarda ola bilər. Onların müalicəsi ziyilin növündən, yerindən və böyüklüyündən asılıdır.
Əlindəki ziyili götürmək üçün xəstəxanaya müraciət edən və əməliyyat zamanı vəfat edən Türkan Balakişizadə vəfat etməsi ziyil və xalların götürülməsi ilə bağlı suallar yaradıb. Bəs hansı hallarda xalları və ziyilləri götürmək olmaz?
Həkim-kosmetoloq Aytən Hüseynova Musavat.com-a bildirib ki, anadangəlmə xalları yandırmaq olmaz:
“Anadangəlmə xalları yandırmaq olmaz. Pasienti ilkin olaraq analizə göndərmək vacibdir. Xalın analiz cavabına əsasən qərar verilir ki, yandırmaq olar ya yox. Xal yandırldıqdan sonra 14 gün ərzində isə pasient nəzarət halında olmalıdır. Ziyillər də müxtəlif cür olur. Ümumi qan analizinin yoxlanılması daha önəm daşıyır. Ziyilləri mikroskopla yoxlanış etmək vacibdir. Daxildə ciddi yod, sink çatışmazlığı varsa, yandırmaq olmaz.
Doğru müayinə edilmədən xal və ya ziyil götürülərsə, xərçəng, ağır autoimmun, qaraciyər sirrozu riski yaranır.
Ziyillərin əməliyyat olunmaması üçün bir neçə hal mövcuddur:
Kəskin infeksiya və ya iltihab – əgər ziyilin olduğu nahiyədə infeksiya və ya iltihabi proses varsa, əvvəlcə müalicə olunmalıdır.
Güclü immunçatışmazlığı – İmmunitet sistemi zəif olan insanlarda (məsələn, xərçəng xəstələri, ağır autoimmun xəstəliklərdən əziyyət çəkənlər) əməliyyat riskli ola bilər.
Hamiləlik – Hamiləlik dövründə bəzi tibbi prosedurlar tövsiyə olunmur, çünki bədənin hormonal balansı dəyişir və dəridə əlavə reaksiyalar baş verə bilər.
Qan laxtalanma pozğunluğu – Əgər pasiyentdə qan laxtalanma problemi varsa, cərrahi müdaxilə təhlükəli ola bilər.
Diaqnoz qeyri-müəyyəndirsə – Əgər ziyilin xoşxassəli və ya bədxassəli olduğu dəqiq bilinmirsə, əvvəlcə dermatoloq və ya onkoloq tərəfindən biopsiya və ya digər testlər aparılmalıdır.
Alerji və dərman qəbul edilməsi – Əgər pasiyent qan durulducular və ya müəyyən dərmanlar qəbul edirsə, həkimlə məsləhətləşmədən əməliyyat aparmaq olmaz”.
Könül
Musavat.com
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ