Onlayn ictimai-siyasi qəzet
Zəngilan rayonunun Yenikənd kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir. Bu yaşayış məntəqəsi keçmiş Hüseynbəyli və Qarakilsə kəndlərinin birləşdirilməsi ilə yaradılıb və 1958-ci ildən Yenikənd adlanır.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də kəndi işğaldan azad edib.
Musavat.com AZƏRTAC-a istinadən işğal dövründə erməni vandalizminə məruz qalmış Yenikənd kəndinin görüntülərini təqdim edir.
07 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ