İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələdən zərər çəkənlərin evləri tikilir: Binalar nə vaxt hazır olacaq?

Fevralın 6-da mərkəzi Kahramanmaraş olan, 11 vilayətdə baş verən zəlzələlərdən 97 gün keçir.

Musavat.com xəbər verir ki, Malatyanın Yeşilyurt rayonunda əsrin fəlakəti olaraq xarakterizə edilən zəlzələlərdə ziyan görənlər üçün yaşayış evləri tikilir. 

Yeşilyurtun İkizce səmtində son aylarda inşasına başlanılan və ilin sonunda təhvil verilməsi planlaşdırılan 6 min 458 binada işlər sürətlənib.

Dekabr ayında 6 min 458 evin vətəndaşlara təhvil veriləcəyini bildirən "TOKİ" (Kütləvi Mənzil İdarəsi Başqanlığı) Rəhbəri Osman Direnç deyib: “Burada ilk bloklarımızın hamısının dəmir-beton işlərini tamamladıq. Digər bloklarda işlər davam edir. Müqavilə müddətinə görə buradakı yaşayış evlərinin bitmə tarixi 10 yanvar 2024-cü il idi. Podratçı şirkətlə apardığımız danışıqlar nəticəsində şirkət rəsmiləri söz verdilər ki, evləri daha tez bitirə biləcəklər, ümid edirəm ki, binaların bitmə tarixini 20 dekabr 2023-cü ilə kimi reallaşdıracağıq”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR