Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Xəzər dənizində 5.7 bal gücündə zəlzələ olub. Zəlzələ Bakıda hiss olunub.
Zəlzələ sakinlərin böyük panikaya düşməsinə səbəb olub.
Musavat.com insanların təlaşını nəzərə alaraq mütəxəssislərin zəlzələ zamanı diqqət edilməsi gərəkən tövsiyələrini təqdim edir:
Pəncərə, şüşə, şkaf və otaqdakı əşyalardan kənarda dayanın.
Təkan zamanı çarpayıda olsanız, döşəməyə enin və təkanların qurtarmasını gözləyin.
Liftdən istifadə etməyin.
Küçədəsinizsə:
Açıq sahəyə qaçın.
Binalardan uzaqda, elektrik xətlərindən və ağaclardan kənar yerdə dayanın.
Musavat.com
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ