İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelim Kotsoyev: “Olimpiadanın qızıl medalı telefonumda idi”

Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Zelim Kotsoyev onu titul qazanmağa sövq edən maraqlı məqamı açıqlayıb.

İdman.biz xəbər verir ki, bunu idmançının özü paylaşıb.

O bildirib ki, Paris-2024-ün Təşkilat Komitəsinin təşkil etdiyi Olimpiya medallarının təqdimatı mərasimindən bu mükafatı “gözaltı” edib: “Oyunların mükafatları ilk dəfə təqdim olunanda telefonumla qızıl medalın şəklini çəkdim. Onu qazanmaq ümidi ilə tez-tez baxırdım. Mən bunu bacaracağıma inanırdım. Sonda hər şey alındı".

Qeyd edək ki, Azərbaycan cüdoçusu finalda İlia Sulamanidzeyə (Gürcüstan) qalib gəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR