İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskiyə "Eurovision"da Avropaya müraciət etmək imkanı verilməyib

Ukrayna prezidenti Vladimir Zelenski "Eurovision"da Avropa ölkələrinə müraciət etmək üçün yarışmanın tribunasından istifadə etmək istəyib, ancaq ona belə bir imkan verilməyib.

Musavat.com xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

Bildirilir ki, Ukrayna prezidenti 160 milyonluq auditoriyaya müraciət edərək, Rusiyanın hərbi təcavüzünüə məruz qalan və 1 il 4 aydır döyüşən ölkəsinə dəstək verilməsini xahiş etmək istəyib.

Müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi Ukrayna liderinin tələbinin “təqdirəlayiq niyyətlə olsa da”, yarışmanın qaydalarına zidd olduğunu əsas gətirərək prezidentə belə bir şans verməyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR