İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zelenskinin səsləndirdiyi şərtlər cəfəngiyyatdır”- Rusiya Federasiya Şurasının rəsmisi

“Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqlar üçün səsləndirdiyi şərtlər cəfəngiyyatdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının rəsmisi Vladimir Cabarov deyib.

Onun fikrincə, Ukrayna lideri öz tələblərini irəli sürmək iqtidarında deyil.

Cabarov həmçinin xatırladıb ki, Rusiyanın keçirdiyi xüsusi əməliyyatın məqsədi dəyişməz qalır: “Prezidentimiz bu barədə dəfələrlə danışıb. Ona görə də sərhədlərin qaytarılmasından danışmaq ümumiyyətlə, gülüncdür. Dörd bölgə və Krım Rusiyaya daxildir. Onlar artıq Konstitusiyada Rusiyanın regionları kimi yazılıb”.

Cabarov hesab edir ki, Zelenski Rusiya ilə hər hansı danışıqların mümkünlüyünü istisna etmək üçün məqsədli şəkildə qeyri-real tələblər irəli sürür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR