İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin Krımdakı evi satışa qoyulub

Krım parlamentinin rəhbəri Vladimir Konstantinov öz Telegram kanalında Ukrayna oliqarxlarının əvvəllər milliləşdirilmiş 100-ə yaxın əmlakının, o cümlədən Ukrayna prezidenti Vladimir Zelenskinin mənzilinin tezliklə satılacağını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Konstantinov bu barədə deyib: “Yaxın vaxtlarda 100-ə yaxın milliləşdirilmiş əmlak obyektinin satışı planlaşdırılır. Bunlar yaşayış yerləri, o cümlədən Zelenski cütlüyünün mənzili, sanatoriya və kurort obyektləri, pərakəndə və ticarət obyektləridir”.

Siyasətçi aydınlaşdırıb ki, bu yolla respublikanın büdcəsi 800 milyon rubldan çox artırılmalıdır.

Konstantinov əlavə edib ki, onlar yarımadada ukraynalı oliqarxlara məxsus əmlakları müəyyənləşdirilməsini davam etdirirlər ki, sonradan onları yeni layiqli sahiblərinə satsınlar.

O, Vladimir Zelenski ailəsinin yarımadanın cənub sahilindəki Livadiya qəsəbəsində milliləşdirilmiş mənzilinin qiymətini 200-300 min dollar qiymətləndirib. Konstantinov bu əmlakın Zelenski üçün zərrə qədər əhəmiyyət kəsb etmədiyini bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR