İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən şok qərar- 4 siyasətçi vətəndaşlıqdan çıxarıldı

Ukrayna prezidenti Vladimir Zelenski rusiyayönlü müxalifət siyasətçiləri Andrey Derkaç, Taras Kozak, Renat Kuzmin və Viktor Medvedçukun vətəndaşlıqdan məhrum edildiyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı fərman imzalayan Zelenski açıqlamasında "Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət Miqrasiya Xidmətinin hazırladığı materiallar əsasında 4 nəfərin vətəndaşlıqdan çıxarılması qərarını təsdiqlədim.

Bunlar Andrey Derkaç, Taras Kozak, Renat Kuzmin və Viktor Medvedçukdur.Xalqın seçdiyi insanlar xalqa deyil, Ukraynaya gələn qatillərə xidmət edirsə, o zaman qərarlarımız qəti olacaq”,-deyə Zelenski bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR