İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən SƏRT MESAJ: “Rusiya ordusu mütləq cavabını alacaq”

“Rusiya ordusu dinc şəhərlərə endirdikləri raket zərbələrinə görə mütləq cavablarını alacaqlar”.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Rusiya şərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu pislik uduzacaq. Odessa üçün isə Rusiya terrorçularına (hərbçiləri – Qeyd) mütləq cavab veriləcək. Onlar bu cavabı hiss edəcəklər”-deyə, o bildirib.

Onun sözlərinə görə, hazırda Odessaya gecə hücumu nəticəsində zərərçəkən şəxslərin hamısına lazımi yardım göstərilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR