İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən SENSASİON AÇIQLAMA - Ukraynanın əks-hücum planı...

"Rusiya qüvvələrinə əks-hücum təşkil etmək üçün Ukraynaya vaxt lazımdır".

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində deyib.

Zelenski Qərbin göndərəcəyinə söz verdiyi silah və texnikanı gözlədiklərini bildirib:

“Hələ gözlədiyimiz şeylər var. Zirehli texnikaları gözləyirik. Ayrı-ayrı partiyalarla gəlir. İndi əlimizdə olan silahlarla başlaya bilərik, amma çox insan itiririk. Ona görə də gözləməliyik. Bir az daha vaxta ehtiyacımız var”.

d1c6c390-efca-11ed-8486-e18a4551.jpg (45 KB)

Bildirilir ki, Ukrayna ordusunun bir müddətdir hazırladığı əks-hücum müharibənin gedişatını dəyişdirə və cəbhə xətlərini yenidən müəyyənləşdirə bilər. Bu, həm də Ukrayna ordusu üçün mühüm sınaq olacaq. Çünki Kiyev sübut etmək istəyir ki, Qərbin yardımı cəbhədə dəyişiklik yarada bilər.

Ukrayna cəbhədəki uğursuzluğun Qərb ölkələrinin dəstəyinin azalmasına səbəb ola biləcəyindən narahatdır. Kiyev narahatdırlar ki, nəticədə Ukraynaya Rusiya ilə danışıqlar masasına oturmağa təzyiq göstərilə bilər. Ukrayna ərazisinin beşdə biri Rusiyanın işğalı altındadır və belə bir şəraitdə aparılacaq danışıqların ərazi güzəştlərini gündəmə gətirə bilər.

Ukrayna prezidenti müsahibəsində Rusiya işğalı qarşısında ordusuna güvəndiyini, lakin Rusiyanın “böhranı dondurmağa” çalışdığını və bunun risklər ehtiva etdiyini söyləyib.

 

"Hər kəsin öz fikri var. Amma heç kim Ukraynaya ərazi güzəştinə getməsi üçün təzyiq edə bilməz. Nə üçün dünyanın hansısa ölkəsi Putinə torpaq verməlidir?"

Zelenski Co Bayden 2024-cü il seçkilərində yenidən prezident seçilməsə, ABŞ-ın dəstəyini itirə biləcəkləri tezisini rədd edib:

"Konqresdə hər iki partiyanın bizə dəstəyi var. ABŞ seçkiləri baş verəndə nə olacağını bilmirik. Amma o vaxta qədər müharibədə qalib gələcəyimizə inanıram”.

Qeyd edək ki, mayın 19-21-də Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 sammitində Ukrayna məsələsinin gündəmin əsas maddəsi olacağı gözlənilir.

Yeddi sənaye ölkəsinin liderləri və Avropa İttifaqı (Aİ) rəsmilərinin qatılacağı sammitdə Ukraynaya yardım öhdəliyinin təkrarlanacağı və Rusiyaya qarşı atılacaq addımların müzakirə ediləcəyi gözlənir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR