İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən rusiyalı əsgərlərə müraciət: "Yaşamaq istəyirsinizsə, qaçın"

Ukrayna prezidenti Volodimir Zelenski növbəti dəfə ruslara müraciət edib.

Zelenski ölkənin düşmənlərini Ukrayna torpağına çıxmamağa, həmçinin Ukrayna ruhuna və Ukrayna mədəniyyətinə toxunmamağa çağırıb.

“Yalnız rus dilini başa düşənlər üçün bir daha təkrar edirəm. Yaşamaq istəyirsinizsə, qaçın. Yaşamaq istəyirsinizsə, təslim olun. Yaşamaq istəyirsinizsə, öz azadlığınız üçün küçələrdə mübarizə aparın. Hansınızın neft buruqları var? Saraylarınız var? Üzüm bağlarınız var? Bəlkə, yaxtalarınız var? Yoxsa hansısa bank? Nə üçün mübarizə aparırsınız? Yalnız kreditiniz var, axşama yeməyə bir şey və indisə - səfərbərlik” - dövlət başçısı bildirib. /BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR