İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən qadağa: Ukraynada bunlar yasaqlandı...

Ukraynada coğrafi obyektlərə Rusiya və onun xadimləri ilə əlaqəli adlar verilməsi yasaqlanıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sənəd imzalayıb.

Belə ki, aprelin 21-də Zelenski “Coğrafi adlar haqqında” Ukrayna Qanununa toponimiyanın dekolonizasiyası və Ukraynanın yaşayış məntəqələrində coğrafi adların istifadəsinin sadələşdirilməsinə dair dəyişikliklər edilməsi haqqında” 7253 saylı qanun layihəsini imzalayıb.

Qanun coğrafi obyektlərə Rusiyanı və ya onun görkəmli yerlərini, tarixlərini, hadisələrini, Ukraynaya (və ya başqa ölkəyə) qarşı təcavüz etmiş şəxslərini, habelə totalitar Sovet və Rusiya rejimlərinin tənqidinə görə təqiblərlə bağlı totalitar siyasət və təcrübələri, həmçinin müvəqqəti işğal olunmuş ərazilərdəki ukraynalıları simvolizə edən, tərənnüm edən adların verilməsini qadağan edir.

Qanun Rusiyanın Ukraynanın daxili siyasətinə və ukraynalıların dünyagörüşünə təsirinin azaldılmasını təmin etməli, Rusiyanın təbliğat fəaliyyətinin qarşısını almaq üçün ilkin şərtlər yaratmalı və sovetdənarınmanı sürətləndirməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR