İnsanlara hürriyət, millətlərə istiqlal!

Müşfiq Ələsgərli: Avropa və ABŞ-nin soyuq silahı rolunda çıxış edən təşkilatlar bir mərkəzdən idarə olunur

Avropa və ABŞ-nin soyuq silahı rolunda çıxış edən bir çox təşkilatlara maliyyə ötürülməsi mexanizmi bir mərkəzdən idarə olunur.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli AzTV-də çıxışı zamanı deyib.

Komissiya sədri bildirib ki, “Amnesty International”, “Human Rights Watch” və "Freedom House" soyuq silah rolunda çıxış edən təşkilatlardandır.

M.Ələsgərli vurğulayıb ki, bunların da hər birinə maliyyə ötürülməsi mexanizmi bir mərkəzdən idarə olunur: “Bütün bunların kökündə, yəni maliyyənin ayrılması haqqında qərarı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) verir. Hansı ki, əvvəllər onun 30 milyard dollara yaxın büdcəsi olub. Bu da bir çox dövlətlərin büdcəsindən artıq olub”.

“USAID vasitəsilə bütün maliyyə həmin təşkilatlar arasında bölüşdürülərək cəmiyyətimiz üçün yad olan cərəyanların təbliğ olunmasına sərf olunur”, - MŞ rəsmisi əlavə edib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR