İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən İLGİNC açıqlama: “Onunla danışdıqlarım gizli qalacaq”

Ukrayna prezidenti Vladimir Zelenski Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə arasındakı danışıqların ictimaiyyətdən gizli qalmasının vacib olduğunu vurğulayıb.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Mənim MKİ rəhbəri ilə ünsiyyətim həmişə pərdə arxasında olmalıdır. Biz Ukraynanın ehtiyacları və bundan sonrakı fəaliyyətin hansı istiqamətlərdə olacağı kimi vacib məsələləri müzakirə edirik”, - deyə Zelenski kanala verdiyi müsahibədə bildirib.

Eyni zamanda prezident Börnslə görüşü barədə mətbuata xəbər sızdırılmasından təəccübləndiyini deyib.

“Bizim MKİ-dən heç bir sirrimiz yoxdur, çünki yaxşı münasibətlərimiz var və kəşfiyyat orqanlarımız bir-biri ilə əlaqə saxlayır”, - deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Rusiya ilə genişmiqyaslı müharibə zamanı Ukraynaya bir neçə dəfə səfər edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR