Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Vaşinqtona səfər edəcək və ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Musavat.com xəbər verir ki, bu barədə Sky News və Fox News məlumat yayıb.
Məlumata görə, Vaşinqton Zelenskiyə görüş tarixini özü təklif edib. Bu qərar ABŞ və Ukrayna arasında nadir metallar və digər strateji resurslarla bağlı müqavilənin razılaşdırılmasından sonra verilib.
Tramp Fox News-a açıqlamasında sözügedən müqavilənin ABŞ üçün əhəmiyyətini vurğulayıb:
“Bu, nadir metallar və digər məsələlərlə bağlı müqavilə olacaq. O (Zelenski) onu imzalamaq üçün buraya gəlmək istəyir. Məncə, bu, əla olacaq. Sonra onlar öz parlamentlərində və ya digər səlahiyyətli qurumlarında razılıq almalıdırlar. Amma əminəm ki, bu, baş verəcək.”
Sky News xəbər verir ki, Tramp ümumi şəkildə Ukraynadakı sülh danışıqlarına toxunaraq, ölkəyə müəyyən formada sülhməramlı qüvvələrin lazım olacağını bildirib.
Musavat.com
26 Fevral 2025
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ