İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Türkiyədə səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi səfər çərçivəsində Türkiyəyə gəlib.

Musavat.com bildirir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun sosial media hesabında Zelenskinin səfəri barədə məlumat verib.

Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Volodimir Zelenski fevralın 18-də Ankarada Prezident Sarayında dövlət başçısı ilə görüş keçirəcək.

Görüş zamanı Türkiyə və Ukrayna arasındakı strateji tərəfdaşlıq əlaqələri müzakirə ediləcək, ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar nəzərdən keçiriləcək.

Səfər çərçivəsində həmçinin Ukraynadakı son vəziyyət, eləcə də regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparılacaq. 

Mənbə: https://www.milliyet.com.tr/gundem/son-dakika-zelenskiy-yarin-ankaraya-geliyor-7309869

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR