İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət qulluqçularının və təqaüdçülərin gözləri BU İCLASDA - Sabah...

Türkiyənin Nazirlər Kabineti 15 günlük fasilədən sonra sabah toplanacaq.

Musavat.com xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclas Beştəpədə baş tutacaq.

İclasın əsas mövzusu iqtisadiyyat olacaq.

Ərdoğan və heyəti 2025-ci il üçün təyin olunacaq artım faizlərini müzakirə edəcəklər.

Dövlət işçiləri, əməkçilər və təqaüdçülərin gözü bu iclasda olacaq. 2025-ci ildə qüvvəyə minəcək yeni maaş artımları nəzərdən keçiriləcək. 

Nazirlər Kabinetinin əsas gündəm mövzularından biri dövlət işçiləri və təqaüdçülər üçün nəzərdə tutulmuş artım fərqi və inflyasiya fərqidir. Ərdoğan və heyəti Minimum Əmək Haqqının Təyin Edilməsi Komissiyasının 2025-ci il üçün müəyyən edəcəyi yeni minimum əmək haqqı ilə bağlı hazırlıqları müzakirə edəcəklər.

Nazirlər Kabinetinin digər bir mövzusu isə diplomatiya olacaq. İsrail-Fələstin arasında artıq 1 ildən çoxdur davam edən münaqişələr regional xarakter alıb. Türkiyənin bölgədə davamlı sülhün təmin olunması istiqamətində atdığı addımlar müzakirə olunacaq. Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant haqqında çıxardığı həbs qərarı da gündəmdə olacaq. Nazirlər Kabinetinin üzvləri Qərb ölkələrinin bu qərara münasibətini və atılmalı olan addımları dəyərləndirəcəklər.

Bəzi bələdiyyələrdəki yeni təyinatlar da iclasın gündəmində olacaq. Mardin, Batman, Esenyurt və Halfetidən sonra Tunceli mərkəz və Ovacıq rayonunda da bələdiyyə başçıları vəzifədən kənarlaşdırılıb. Yeni təyinatlardan sonra baş verən hadisələr müzakirə ediləcək.

Daxildə və xaricdə davam edən terror əməliyyatları ilə bağlı son vəziyyət də gündəmə gətiriləcək. Hazırkı əməliyyatların vəziyyəti və planlaşdırılan yeni əməliyyatlar müzakirə olunacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan iclasdan sonra açıqlamalar verəcək.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR