Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya birbaşa ərazi mübadiləsi - işğalçıların nəzarətində olan Ukrayna ərazilərinin müqabilində Kursk vilayətinin bir hissəsinin təklif etməyə hazır olduğunu açıqlayıb.
“Report” xəbər verir ki, o, bu barədə “The Guardian”a müsahibəsində bildirib.
“Biz bir ərazini digərinə dəyişəcəyik” deyən Zelenski Ukraynanın Kurskun bir hissəsinin müqabilində işğal olunan torpaqların hansı hissəsini tələb edəcəyinin hələ müəyyən edilmədiyini qeyd edib.
Onun fikrincə, hər bir Ukrayna ərazisinin öz dəyəri var və mübadilə ilə bağlı yekun qərar danışıqlar zamanı veriləcək.
Xatırladaq ki, ötən ilin avqustundan Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində aktiv hərbi əməliyyatlar aparır. Zelenski daha əvvəl vurğulamışdı ki, Kursk əməliyyatının uğuru Rusiya ilə danışıqlarda, xüsusən də əvvəllər Rusiyanı məğlubedilməz hesab edən Qlobal Cənub ölkələri üçün mühüm arqument ola bilər.
12 Fevral 2025
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ