İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski rus əsirlərdən danışdı: Onlar bizim...

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 2279 ukraynalı əsirlikdən qaytarılıb.

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti ənənəvi axşam müraciətində bu məsələyə toxunub. O, dünən 44 ukraynalının əsirlikdən geri alındığını bildirib və qeyd edib ki, bununla da geri qaytarılan əsirlərin sayı 2279 nəfərə çatıb. 

Prezident Ukrayna hərbçilərinə təşəkkür etməyi də unutmayıb və rus silahlılarnı əsir alan şəxslərə minnətdarlıq edib. 

Zelenski bildirib ki, hər bir rus əsir ukraynalıların Rusiya əsirliyindən çıxarılması üçün bir şansdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR