İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Quterreşlə Zaporojye AES-dəki son vəziyyəti müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antoniu Quterreşlə telefon danışığında Zaporojye AES-də yaranmış təhlükəni müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Qeyd olunub ki, siyasətçilər AES-dəki vəziyyət kontekstində nüvə təhlükəsizliyi məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

V.Zelenski, həmçinin Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendumların” BMT tərəfindən tanınmaması ilə bağlı aydın mövqeyinə görə A.Quterreşə təşəkkür edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR