İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski "qələbə planı"nı təqdim etmək üçün Brüsselə gedib

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Brüsselə gedib.

"Report" “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə V.Zelenski özünün teleqram kanalında məlumat verib.

Məlumata görə, o, qələbə planını Avropa liderlərinə təqdim edəcək.

“Brüsseldə Avropa Şurasının xüsusi iclası keçiriləcək. Mən qələbə planını təqdim edəcəyəm. Bütün Avropa liderləri bizim mövqeyimizi necə gücləndirmək lazım olduğunu eşidəcəklər. Biz bu müharibəni ədalətli şəkildə bitirməliyik”, - o bildirib.

V.Zelenski, həmçinin Avropa parlamentinin prezidenti Roberta Metsola və siyasi qrupların rəhbərləri ilə görüşdə iştirak edəcək. NATO-nun baş katibi Mark Rutte ilə görüş olacaq.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün Ali Radada xeyli vaxtdır ictimaiyyətin ondan müharibənin yekunu ilə bağlı gözlədiyi "sülh və qələbə" planını açıqlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR