İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Putinin təklif etdiyi atəşkəsi rədd edib

Ukrayna Prezidenti Vladimir Zelenski Milad bayramı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin atəşkəs elan etməsi təklifinə cavab verib.

Musavat.com xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat verib.

O, Moskvanın təklifini rədd edib. Zelenskinin sözlərinə görə, Rusiya atəşkəslə yeni işğala yol açmaq istəyir.

“Rusiya Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlığını gizlədə bilməyəcək”, - deyə Zelenski bildirib.

Ukrayna prezidenti hesab edir ki, Rusiya atəşkəsdən istifadə edərək təmas xəttində mövqeyini möhkəmləndirəcək.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR