İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski onun "BAŞ ROLUNU" əlindən aldı - ƏN KRİTİK ZİRVƏ

Suriya prezidenti Əsədin 12 ildən sonra Ərəb Dövlətləri Liqasına qayıtması başqa bir qonağın kölgəsində qalıb. G7 sammiti üçün Yaponiyaya getməsi gözlənilən Ukrayna lideri Zelenski sürpriz olaraq Səudiyyə Ərəbistanına gedib.

Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə hava limanında Səudiyyə rəsmiləri tərəfindən qarşılanan Ukrayna lideri Ər-Riyadın keçmişdə məhbus mübadiləsində oynadığı rolu xatırladıb və enerji kimi sahələrdə əməkdaşlıq ümidi ilə bu ölkəyə gəldiyini bildirib.

Zelenskini Polşadan Ciddəyə Fransanın dövlət təyyarəsi aparıb.

Bu, əvvəllər ABŞ-dan Böyük Britaniyaya, İtaliyadan Almaniyaya qədər müharibədə ona ən çox dəstək verən bir sıra ölkələrə səfər etmiş Zelenskinin Yaxın Şərqə ilk gəlişidir.

6467f53a4e3fe1148c5cb2c3.jpg (67 KB)

Dəvətin Ərəb Dövlətləri Liqasından deyil, Ər-Riyaddan gəldiyi bildirilib və Zelenski Suriya lideri Bəşər Əsədin ön planda olduğu fotoda yer almayıb.

Səudiyyə Ərəbistanı əvvəllər ukraynalı hərbi əsirlərin mübadiləsində vasitəçi kimi çıxış etmiş və Kiyevə 400 milyon dollar yardım vəd etmişdi. Lakin Qərb dövlətlərindən fərqli olaraq, ərəb ölkələri arasında Ukraynanın işğalı ilə bağlı konsensus yoxdur. Görüşdə Zelenski 2014-cü ildə böyük müsəlman əhalisi olan Krımın ilhaqını vurğulayaraq dəstək toplamağa çalışıb. Bu çərçivədə Krım müsəlmanlarını təmsil edən Mustafa Abdülcemil Kırmızıoğlu onu müşayiət edib. İştirakçılara xitabən Zelenski “Rusiyadan ilk zərər çəkən Krım müsəlmanları oldu” deyib.

Zelenskinin kölgəsində qalsa da, sammitin əsas qonağı 2011-ci ildən vətəndaş müharibəsi səbəbindən Ərəb Dövlətləri Liqasından uzaqlaşdırılan, bu yaxınlarda qayıdan Suriya lideri Bəşər Əsəd olub.

6467f55d4e3fe1148c5cb2c6.jpg (56 KB)

Fotoda Tunis və Misir liderlərinin ortasında ön sıralarda yer alan Əsəd hələ də hər bir üzvün dəstəyini qazana bilməyib. Suriyanın birliyə qayıtmasına yaşıl işıq yandırsa da, Körfəzin zəngin ölkəsi Qətər Dəməşqlə fərdi qaydada normallaşmayacaqlarını təkrarlayıb.

“Ümid edirəm ki, bu zirvə aramızdakı həmrəylik, bölgəmizdə sülh yeni bir dövrün başlanğıcı olacaq” - Əsəd zirvədəki çıxışında deyib.

 

Çinin vasitəçiliyi ilə rəqibi İranla anlaşan Ər-Riyad rəhbərliyi atdığı bir sıra addımlarla regional aktor mövqeyini gücləndirir. və Bəşər Əsədin ərəb ölkələri tərəfindən geri qəbul edilməsi ilə məşğul olur. Üstəlik, Ukrayna lideri Zelenskini dəvət etməklə Qərb ölkələrinin reaksiyalarını yumşaldır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR