İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski “ona ağıl öyrədən” səfiri istefaya göndərdi

Vladimir Zelenski Ukraynanın Londondakı səfiri Vadim Pristaykonu istefaya göndərib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc olunub. İşdən çıxarılma səbəbləri açıqlanmır.

Xatırladaq ki, ötən həftə Vilnüsdə keçirilən NATO sammitində Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Ukraynanın daim yeni tələblər irəli sürməkdənsə, tərəfdaşlarına hərbi dəstəyə görə təşəkkür etməli olduğunu” söyləmişdi. Uollesin sözlərinə görə, ötən il Kiyevə gəlmək üçün 11 saat vaxt sərf edəndə dərhal ona lazımi silahların siyahısını veriblər. O, bu sözləri işlədib: “Bilirsiniz, biz “Amazon” onlayn mağazası deyilik”.

Zirvə görüşündən sonra keçirilən mətbuat konfransında britaniyalı nazirin bu sözlərini şərh edən Vladimir Zelenski Ukraynanın hər zaman Böyük Britaniyaya təşəkkür etdiyini deyib.

Zelenskinin sözlərinə görə, o, sadəcə olaraq başqa necə təşəkkür edəcəyini bilmir. “Qoy mənə yazsın... Səhər oyanıb nazirə şəxsən təşəkkür edə bilərik”, - deyə Ukrayna prezidenti bildirib.

Zelenskinin bu sözlərindən sonra, ertəsi gün Ukrayna səfiri Pristayko “Sky News” telekanalında çıxış edərək öz prezidentinin bu ifadəsini “qeyri-sağlam sarkazm” adlandırıb.

Diplomatın fikrincə, Ukrayna Rusiyaya Qərb tərəfdaşları arasında bəzi anlaşılmazlıqlar yarandığını göstərməməlidir.

“Britaniya nazirinin “Amazon” haqqında istehzalı şərhinə prezident Zelenski də eyni tərzdə cavab verdi. Amma əminəm ki, dost ölkələr arasında sarkazma ehtiyac yoxdur!” - deyə Vadim Pristayko bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR