Onlayn ictimai-siyasi qəzet
NATO Ukraynaya müdafiə sahəsində 100 milyard avro məbləğində maliyyə dəstəyi göstərmək üçün xüsusi fond yarada bilər.
"Report" "Ukrinform"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə brifinqdə deyib.
“Bu gün biz beş il müddətinə 100 milyard avro məbləğində xüsusi Maliyyə Dəstəyi Fondu yaratmaq təşəbbüsü ilə bağlı müzakirələr apardıq. Bunun, ikitərəfli əlaqələr hesabına baş verməməsi vacibdir”, - o bildirib.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ