İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski müharibə başlayandan bəri ilk dəfə Hindistanın Baş naziri ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə V.Zelenskinin Mətbuat xidməti məlumat yayıb.

İki ölkə liderləri Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (G7) ölkələrinin sammiti çərçivəsində bir araya gəliblər. Onlar Ukraynadakı hazırkı durumu müzakirə ediblər.

V.Zelenski Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə və humanitar yardım göstərdiyinə görə Hindistana təşəkkür edib.

N.Modi öz növbəsində hindistanlı tələbələrin Ukraynadan təxliyəsi zamanı köməyə görə minnətdarlığını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR