İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Krımın azad edilməsi şurasının yeni tərkibini təsdiqləyib

Ukrayna Prezidenti Vladimir Zelenski “Krım Muxtar Respublikası və Sevastopol şəhərinin müvəqqəti işğal olunmuş ərazilərinin işğaldan azad edilməsi və reinteqrasiyası üzrə Məşvərət Şurası” haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, bununla bağlı müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.

“Müvəqqəti olaraq işğal olunmuş Krım Muxtar Respublikası ərazisinin və Sevastopol şəhərinin işğaldan azad edilməsi və reinteqrasiyası məsələləri üzrə Məşvərət Şurasının şəxsi tərkibi təsdiq edilsin”, – sərəncamda deyilir.

Zelenski Krım üzrə Məşvərət Şurasının sədri, Ukrayna prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva isə Şuranın katibi təyin edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR