İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ilə bağlı ŞOK İDDİA 

“Brüssel Vladimir Zelenskiyə əvəz axtarır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.

Xidmətin iddiasına görə, aparıcı Qərb ölkələrinin yüksək rütbəli rəsmiləri Zelenskinin dəyişdirilməsi zərurətini getdikcə daha çox müzakirə edirlər.

“Dövlət başçısı kimi Vladimir Zelenskinin mümkün varisləri nəzərdən keçirilir. Xüsusilə, bu ilin noyabrında Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin görüşü çərçivəsində bəzi şəxslərin adı çəkilib. Onların arasında Ukraynanın yüksək rütbəli hərbçilərindən Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı və ya  Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, habelə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç, Kiyev meri Vitali Kliçkonun adı önə çıxıb”, - deyə xəbərdə bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR