İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ikinci müddət üçün namizəd olmaya bilər: "Mən hələ bilmirəm ki..." - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı qərarının hazırda əsas prioritet olmadığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, telemarafon zamanı danışıb.

Zelenski qeyd edib ki, onun növbəti müddətə namizədliyi ilə bağlı qərarı birbaşa davam edən müharibənin nəticələrindən və Ukrayna xalqı üçün nələr edə biləcəyindən asılıdır: “Mən bu müharibənin necə bitəcəyini bilmirəm. Əgər mən bacardığımdan daha çox şey edə bilsəm, bəlkə də, bu qərara daha müsbət yanaşaram. Hazırda isə bu, mənim üçün nə məqsəddir, nə də fokus nöqtəsidir,” – deyə Zelenski vurğulayıb. 

Hazırkı vəziyyətdə Zelenskinin əsas diqqəti Ukraynanın müharibə şəraitində mövcudluğunu təmin etmək və ölkəsini qorumaqdır. Onun bu mövqeyi, Ukrayna cəmiyyətində prezidentin gələcəkdə yenidən rəhbərliyə davam etməsi ilə bağlı müxtəlif müzakirələrə yol açır.

Bu açıqlama Zelenskinin müharibədən sonrakı dövrdə ölkənin siyasi mənzərəsini formalaşdıracaq addımları ilə bağlı hələ konkret qərar vermədiyini göstərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR