İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Çinin Rusiyaya silahla yardım etməyəcəyinə ümid edir

Ukrayna Çinin Rusiyaya silah və ya digər texnologiyalarla dəstək verməyəcəyini gözləyir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya KİV-ə müsahibəsində bildirib.

“Biz gözləyirik ki, Çin Rusiyaya silah tədarükçüsü olmayacaq və Rusiyaya silah və ya digər texnologiyalarla dəstək verməyəcək”, - dövlət başçısı deyib.

O qeyd edib ki, Çin lideri Si Cinpinlə söhbəti zamanı ölkəsinin prosesdən kənarda qalacağını və Rusiyaya silahla dəstək verməyəcəyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR